“Azərbaycan Respublikasının
bəzi dövlət orqanlarının rəhbər
işçilərinə yeni vəzifə
maaşlarının müəyyən edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 10 avqust tarixli 348 nömrəli Sərəncamında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 dekabr tarixli 706 nömrəli Fərmanına, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
“Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 348 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 635; 2007, ¹ 1, maddə 15; 2008, ¹ 7, maddə 615; 2011, ¹ 9, maddə 797; 2013, ¹ 6, maddə 687, ¹ 12, maddə 1555; 2016, ¹ 9, maddə 1464) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.4-cü bənddə “sədri,” sözündən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi,” sözləri əlavə edilsin.
2. 1.7-ci bənddə “sədrinin,” sözündən sonra “Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin,” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 mart 2017-ci
il
Azərbaycan.-
2017.- 17 mart.- S. 4.