Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanını “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin   2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 759; 2002, ¹ 12, maddə 728; 2003,   ¹ 8, maddə 438, ¹ 9, maddə 472; 2005, ¹ 3, maddə 162, ¹ 5, maddə 399, ¹ 7, maddə 593, ¹ 8, maddə 714; 2006, ¹ 2, maddə 90, ¹ 3, maddə 227; 2007, ¹ 1, maddə 7; 2008, ¹ 5, maddə 373) 1-ci hissəsinin yeddinci abzasından “, məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2017-ci il

 

Azərbaycan.- 2017.- 17 mart.- S. 6.