Filip Vuyanoviç: Monteneqro “Cənub Qaz Dəhlizi” layihəsinin sürətləndirilməsində maraqlıdır

 

Biz “Cənub Qaz Dəhlizi” layihəsinin sürətləndirilməsində maraqlıyıq. Bu layihə Adriatik məkanı üçün böyük əhəmiyyət kəsb ediriqtisadi əməkdaşlığın əsas komponentidir. Biz bu istiqamətdə səylərimizi davam etdirməyə hazırıq.

Bu fikirləri jurnalistlərə müsahibəsində Beşinci Qlobal Bakı Forumunda iştirak edən Monteneqro Prezidenti Filip Vuyanoviç bildirib.

Dünyadakı mövcud problemlərin yalnız dialoq yolu ilə həll edilə biləcəyini söyləyən Prezident Filip Vuyanoviç BMT-nin bu istiqamətdə rolunun daha da güclüləndirilməsinin, beynəlxalq cəmiyyətə töhfələrinin artırılmalısının əhəmiyyətinə toxunub.

Filip Vuyanoviç Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycan ilə Monteneqro arasında səmərəli əlaqələrdən danışan Filip Vuyanoviç dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə bir çox layihələrin həyata keçirildiyini diqqətə çatdıraraq deyib: “Prezident İlham Əliyev təbii sərvətlərimizdən səmərəli istifadə etmək üçün böyük işlər görüb. Bizdaha səmərəli iqtisadi əlaqələrin təmin olunması üçün Azərbaycanla əməkdaşlıq etməyə borcluyuq. Bizim hərtərəfli münasibətlərimiz durmadan inkişafdadır. Ölkələrimiz arasında əlaqələr artıq turizm sahəsini də əhatə edir. Müştərək istirahət mərkəzlərinin tikilməsi, biznesmenlərin birgə fəaliyyət göstərməsi qarşılıqlı əməkdaşlığımızın təzahürüdür. Əlaqələrimizin hazırkı səviyyəsindən məmnunam. Monteneqro Avropada etibarlı tərəfdaşdır və Azərbaycanın strateji tərəfdaşıdır”.

 

Azərbaycan.- 2017.- 17 mart.- S.12.