“Kommunal, nəqliyyat
və digər xidmətlər üzrə güzəştlərin
müavinətlərlə əvəz olunmasının təmin
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanını “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 759; 2002, ¹ 12, maddə 728; 2003, ¹ 8, maddə 438, ¹ 9, maddə 472; 2005, ¹ 3, maddə 162, ¹ 5, maddə 399, ¹ 7, maddə 593, ¹ 8, maddə 714; 2006, ¹ 2, maddə 90, ¹ 3, maddə 227; 2007, ¹ 1, maddə 7; 2008, ¹ 5, maddə 373) 1-ci hissəsinin yeddinci abzasından “, məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 mart
2017-ci il
Azərbaycan.-
2017.- 17 mart.- S. 6.