Azərbaycan-Albaniya siyasi əlaqələri
yüksək səviyyədədir
Martın 16-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti
Buyar Nişani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Albaniya Prezidenti Buyar Nişani V Qlobal Bakı Forumuna dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, dövlətimizin başçısı ilə görüşməkdən məmnunluq hissi keçirdiyini dedi. Prezident Buyar Nişani Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğuladı. O, Albaniya xalqının səmimi salamlarını Azərbaycan xalqına çatdırdı. Albaniya Prezidenti Buyar Nişani Prezident İlham Əliyev ilə görüşünün münasibətlərimizin perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.
Albaniya Prezidentinin
V Qlobal Bakı Forumunda
iştirakından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bu Forumun müzakirələrin
aparılması baxımından vacib beynəlxalq
tədbir olduğunu vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin
uğurla inkişaf
etdiyini və yaxşı perspektivləri olduğunu dedi. Hər iki ölkənin enerji sektorunda yaxşı
tərəfdaşlar olduğunu qeyd edən Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində keçirilən
nazirlərin üçüncü
toplantısında albaniyalı nazirin
iştirakının önəmini vurğuladı. Dövlətimizin
başçısı “Cənub Qaz
Dəhlizi” layihəsinin çox uğurla həyata keçirildiyini
bildirdi. Azərbaycan ilə
Albaniyanın siyasi əlaqələrinin çox yaxşı səviyyədə olduğunu deyən Prezident
İlham Əliyev ölkələrimiz
arasında yüksək səviyyədə
qarşılıqlı dəstəyin və beynəlxalq təşkilatlar
çərçivəsində də yaxşı əməkdaşlığın
olduğunu qeyd etdi, bu əməkdaşlığın
gələcəkdə də davam etdiriləcəyinə
əminliyini bildirdi. Azərbaycan
ilə Albaniya arasında
qarşılıqlı ticarət dövriyyəsinin
artırılması istiqamətində işlərin
görülməsinin vacibliyini bildirən
dövlətimizin başçısı bunun
ölkələrimizin qarşısında duran
əsas məqsədlərdən biri olduğunu dedi.
Azərbaycan.-
2017.- 17 mart.- S. 4.