Azərbaycan-Latviya əməkdaşlığı
inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev martın 16-da Latviya Respublikasının Prezidenti
Raymonds Veyonis ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı
Latviya Prezidenti Raymonds Veyonisin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirdi və bu tədbirin
artıq bir ənənəyə çevrildiyini
vurğuladı.
Latviya Prezidenti Raymonds Veyonis V Qlobal Bakı Forumunda 53 ölkədən nümayəndələrin
iştirakının önəmini
qeyd etdi və Azərbaycan tərəfinin bu tədbiri yüksək səviyyədə təşkil
etdiyini vurğuladı. Raymonds Veyonis Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri olmasından
qürur hissi keçirdiyini dedi.
Prezident Raymonds Veyonis Prezident İlham Əliyevin Latviyaya rəsmi səfərə dəvət məktubunu dövlətimizin başçısına
təqdim etdi və bu səfərin
ölkələrimiz arasında
əməkdaşlığın daha da genişlənməsi
işinə xidmət
edəcəyinə əminliyini
bildirdi. Azərbaycan ilə Latviya
arasında müxtəlıf
sahələrdə əlaqələrə
toxunan Raymonds Veyonis təhsil sahəsində əməkdaşlığın
genişləndirilməsi istiqamətində
işlərin görüldüyünü
bildirdi və azərbaycanlı tələbələrin
Latviya universitetlərində
təhsil almaları üçün müvafiq
tədbirlərin həyata
keçirildiyini qeyd etdi.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı
danışıqlar ətrafında fikir
mübadiləsi aparıldı, ölkələrimiz
arasında əlaqələrin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığın
bundan sonra da genişləndirilməsi üçün
yaxşı imkanların olduğu
vurğulandı.
Azərbaycan.-
2017.- 17 mart.- S. 4.