Makedoniya Prezidentinin
ölkəmizə səfəri
ikitərəfli münasibətlərin
inkişafına yaxşı
zəmin yaradır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Makedoniya Respublikasının Prezidenti Georgi İvanov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Makedoniya Prezidenti Georgi İvanovun V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Makedoniya Prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı imkan yaratdığını qeyd etdi. Prezident İlham Əliyev Qlobal Bakı Forumunun artıq çox əhəmiyyətli tədbirə çevrildiyini və burada dünyada gedən siyasi proseslərin müzakirə edildiyini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan ilə Makedoniya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayaraq ölkələrimizin iqtisadi, o cümlədən idxal-ixrac və sərmayə imkanlarının araşdırılmasının vacibliyini qeyd etdi.
Makedoniya
Prezidenti Georgi İvanov V Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı. Georgi İvanov Azərbaycan
ilə Makedoniya arasında siyasi
münasibətlərin əla səviyyədə olduğunu qeyd edərək
iqtisadi sahədə əlaqələri
gücləndirməyin zəruriliyini bildirdi.
Azərbaycan.-
2017.- 17 mart.- S. 4.