Birinci vitse-prezident Mehriban
Əliyeva UNESCO-nun xoşməramlı səfiri
Marianna Vardinoyannis ilə
görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən UNESCO-nun xoşməramlı səfiri, ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannis ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qonaq Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik etdi. Azərbaycan ilə Yunanıstan arasında sosial, təhsil, səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdiyini deyən Marianna Vardinoyannis Mehriban Əliyevanın 2014-cü ildə Yunanıstana səfərini məmnunluqla xatırladı. O, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün yaradılan mərkəzin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Qonaq bu sahədə təcrübə mübadiləsinin vacibliyini və gələcəkdə əlaqələri daha da genişləndirməyin mümkünlüyünü vurğuladı. O, Azərbaycanın Birinci vitse-prezidentini Azərbaycan ilə Yunanıstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak etmək üçün ölkəsinə səfərə dəvət etdi.
Dəvətə görə
təşəkkürünü bildirən Birinci
vitse-prezident Mehriban Əliyeva
Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin
siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə
inkişaf etdiyini bildirdi. Mehriban Əliyeva Yunanıstana səfərini məmnunluqla
xatırladı, bu ölkədə Heydər
Əliyev Fondunun təşkil etdiyi konsert
proqramının maraqla
qarşılandığını qeyd etdi və bunun Azərbaycan
mədəniyyətinin Yunanıstanda təbliği sahəsində
mühüm rol
oynadığını vurğuladı.
Azərbaycan.-
2017.- 17 mart.- S. 5.