Azərbaycan ilə Latviya arasında bütün sahələrdə geniş əlaqələr mövcuddur

 

Martın 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Latviya Respublikasının Prezidenti Raymonds Veyonis ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Baş nazir Artur Rasi-zadə Azərbaycan ilə Latviya arasında bütün sahələrdə geniş əlaqələrin mövcud olduğunu, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün mükəmməl hüquqi bazanın formalaşdırıldığını bildirdi. Baş nazir respublikamızın sosial-iqtisadi inkişafında mühüm rol oynayan prioritet istiqamətlər, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən işlər barədə məlumat verdi.

Prezident Raymonds Veyonis V Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd etdi. Latviya dövlətinin başçısı gələcəkdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin, xüsusilə ticarət dövriyyəsinin artırılmasının vacibliyini qeyd etdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2017.- 17 mart.- S. 7.