Filip Vuyanoviç: “Monteneqro “Cənub Qaz Dəhlizi”
layihəsinin sürətləndirilməsində
maraqlıdır”
Biz “Cənub Qaz Dəhlizi” layihəsinin sürətləndirilməsində maraqlıyıq. Bu layihə Adriatik məkanı üçün böyük əhəmiyyət kəsb edir və iqtisadi əməkdaşlığın əsas komponentidir. Biz bu istiqamətdə səylərimizi davam etdirməyə hazırıq.
Bu fikirləri jurnalistlərə müsahibəsində Beşinci Qlobal Bakı Forumunda iştirak edən Monteneqro Prezidenti Filip Vuyanoviç bildirib.
Dünyadakı mövcud problemlərin yalnız dialoq yolu ilə həll edilə biləcəyini söyləyən Prezident Filip Vuyanoviç BMT-nin bu istiqamətdə rolunun daha da güclüləndirilməsinin, beynəlxalq cəmiyyətə töhfələrinin artırılmalısının əhəmiyyətinə toxunub.
Filip Vuyanoviç Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Azərbaycan ilə Monteneqro arasında səmərəli əlaqələrdən
danışan Filip Vuyanoviç
dövlətimizin başçısı İlham
Əliyevin dəstəyi ilə bir çox layihələrin həyata keçirildiyini diqqətə
çatdıraraq deyib: “Prezident
İlham Əliyev təbii sərvətlərimizdən
səmərəli istifadə etmək üçün
böyük işlər görüb.
Biz də daha səmərəli
iqtisadi əlaqələrin təmin
olunması üçün Azərbaycanla
əməkdaşlıq etməyə borcluyuq.
Bizim hərtərəfli münasibətlərimiz
durmadan inkişafdadır. Ölkələrimiz
arasında əlaqələr artıq turizm
sahəsini də əhatə edir.
Müştərək istirahət mərkəzlərinin tikilməsi,
biznesmenlərin birgə fəaliyyət göstərməsi
qarşılıqlı əməkdaşlığımızın
təzahürüdür. Əlaqələrimizin
hazırkı səviyyəsindən məmnunam. Monteneqro Avropada etibarlı
tərəfdaşdır və Azərbaycanın strateji tərəfdaşıdır”.
Azərbaycan.-
2017.- 17 mart.- S.12.