Petro Poroşenko: “Mehriban
Əliyevanın Birinci vitse-prezident
təyin olunması Azərbaycanın inkişafına mühüm töhfə verəcək”
Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması barədə qərar xarici ölkələrdə də müsbət rezonans yaradıb. Birinci vitse-prezidentin poçtuna daxil olan məktublar, ona ünvanlanan təbriklər, həmçinin xarici elektron və yazılı KİV-də bu barədə çoxsaylı telereportajların və məqalələrin yayılması beynəlxalq ictimaiyyətin də bu təyinatı razılıqla qarşıladığını əyani göstərir.
Ukrayna Prezidenti
Petro Poroşenko da bu məsləyə
münasibət bildirib. İqtisadiyyat
naziri Şahin Mustafayevin rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul edərkən, Azərbaycanla
strateji müttəfiqlik münasibətinə
böyük önəm verdiyini
vurğulayan Petro Poroşenko Prezident İlham Əliyevin fəaliyyətini yüksək
qiymətləndirib. Həmçinin Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti
təyin olunması münasibətilə Mehriban
xanım Əliyevaya təbrikinin çatdırılmasını
xahiş edib. Ukrayna Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlərini
vurğulayıb, bu uğurlu
təyinatın Azərbaycanın inkişafına mühüm töhfə verəcəyinə əminliyini
bildirib.
Azərbaycan.-
2017.- 17 mart.- S. 1.