Bakı dünyanın ən səmərəli dialoq platformasına çevrilib

 

Bakı növbəti beynəlxalq tədbirə evsahibliyi etdi. İki gün davam edən V Qlobal Bakı Forumunda çağdaş dünyamızı narahat edən mühüm məsələlər ətrafında müzakirələr aparıldı. Tədbirin iştirakçısı olan siyasətçilər, dövlət xadimləri problemlərdən çıxış yolları barədə təkliflər səsləndirdilər. Ötən dəfələrdə olduğu kimi, V Forumun da gündəliyi zəngin idi.

 

Azərbaycana olan etimadın təcəssümü

 

Öncə onu qeyd edək ki, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, millidini müxtəlifliyin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir. Bunun nəticəsidir ki, ölkəmiz qlobalregional səviyyəli tədbirlərə evsahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadihumanitar mərkəz kimi tanınır. Təsadüfi deyil ki, Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı və digər tədbirlər məhz Azərbaycanda keçirilir.

Bu tədbirlərin hər birində fəaliyyətdə olankeçmiş dövlət, hökumət başçıları, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların rəsmi nümayəndələri, tanınmış ekspertlər, QHT və KİV rəhbərləri iştirak edirlər. Odur ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər həm mövzuların aktuallığı, həm də çoxsaylı iştirakçıların yüksək statusunüfuz dairəsi baxımından diqqəti çəkir.

Qlobal Forumun Bakı şəhərində keçirilməsi də dünya ictimaiyyətinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə siyasihumanitar dialoqun inkişafı ilə bağlı töhfələrinə verilən qiymətin real ifadəsidir. Qlobal Bakı Forumu siyasi, iqtisadihumanitar sahələrdə dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. Hansı ki, bu müzakirələrə onlarla ölkədən görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər, diplomatlar qoşularaq diskussiyadialoq aparırlar.

Bu mənada forum liderlərə qlobal problemləri müzakirə etməyə, onların həllini tapmaq yolunda səylərə şərait yaradır. Ona görə də bu forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi anlaşma üçün əlverişli şərait yaratdığı şübhəsizdir.

 

Ölkəmizə yeni dostlar qazandıran təşəbbüs

 

V Qlobal Bakı Forumunda 56 ölkədən 300-ə yaxın nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirdilər. Forumun nüfuzlu qonaqları arasında Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Georgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal və digər dövlət, ictimai xadimlər var idi. İştirakçıların 40-dan çoxunun fəaliyyətdə olansabiq prezident, baş nazir, parlament sədrləri olması toplantının yüksək səviyyəsini göstərməklə yanaşı, tədbirdə maraqlı müzakirələrin aparılacağını əvvəlcədən müəyyən edirdi. Və belə də oldu.

Bundan əvvəl keçirilmiş dörd forum mövzuların genişliyi və aktuallığı, yüksək səviyyəli təmsilçilik və tədbirdə iştirak edən nümayəndələrin fəallığı baxımından dünya ictimaiyyətinin və beynəlxalq medianın diqqətini cəlb edib. “Beynəlxalq münasibətlərin gələcəyi: gücmaraqlarmövzusuna həsr olunmuş budəfəki forum çərçivəsində beynəlxalq münasibətlərin gələcəyi, bu əlaqələrin nizama salınmasında zəruri olan ittifaqların qurulması, terrorizmlə mübarizənin yolları, transatlantik münasibətlərin gələcəyi, ekstremizmpopulizmin beynəlxalq təhlükəsizliyə qarşı təhdidləri müzakirə edildi, qlobal problemlərin həlli yolları barədə təkliflər səsləndirildi.

Beləliklə, iki gün davam edən müzakirələr göstərdi ki, Qlobal Bakı Forumu artıq öz əhəmiyyətinə görə lokalregional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq bütün dünyada gedən proseslərə münasibət bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan mərkəzə çevrilib. Ən əsası bu forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda əhəmiyyətli rola malikdir. Bu mənada Azərbaycanın təşəbbüsü ilə ölkəmizi tanıtmaq, onun həqiqətlərini dünyaya çatdırmaq üçün çox əlverişli bir platforma yaradılıb. Prezident

İlham Əliyev forumda nitqində diqqəti bu məsələyə çəkərək deyib: “Azərbaycan artıq bir çox mühüm beynəlxalq tədbirlərə evsahibliyi edib. Bu tədbirlər beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycan müstəqil ölkə olaraq nisbətən gənc dövlətdir. Biz ötən il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik. Bizim beynəlxalq və regional fəaliyyətimiz, bütün regiona müsbət təsir göstərən təşəbbüskarı olduğumuz müxtəlif layihələr ölkəmizin dünyaya təqdim edilməsi üsullarından biridir. Əlbəttə, Bakı Qlobal Forumu kimi böyük beynəlxalq tədbirlər də həmin fəaliyyətimizin bir hissəsidir”.

 

Təhlükəyə çevrilən ikili standartlar

 

Qeyd etdiyimiz kimi, bu tədbirin məhz Bakıda keçirilməsi Azərbaycana dünya miqyasında verilən böyük önəmin bariz nümunəsidir. Coğrafi baxımdan Şərq ilə Qərbin kəsişməsində yerləşən Azərbaycanın belə bir mötəbər forumlara evsahibliyi etməsi ölkəmizin dünyada dialoqun qurulmasında mühüm rol oynadığını göstərir. O cümlədən xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan gücünün, beynəlxalq nüfuzunun şahidinə çevrilir.

Eyni zamanda, bu cür forumlar Azərbaycanın üzləşdiyi haqsızlıqları, ölkəmizə qarşı beynəlxalq ikili standartları dünyaya çatdırır. Ola bilsin ki, hansısa tədbir iştirakçısı Azərbaycanla bağlı məsələlərlə məlumatlıdır. Lakin Bakıya gəlməyi onun təsəvvürlərini tamamilə yeniləyir. Və nəzərə alsaq ki, bu cür forumların iştirakçıları əsasən ictimai rəyə təsir etmək iqtidarında olan insanlardır, o zaman belə tədbirlərin əhəmiyyəti daha aydın görünər. Bu mənada Qlobal Bakı Forumu bütün parametrləri ilə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından ölkəmiz üçün olduqca mühüm platformadır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə geniş toxunaraq bununla bağlı prosesləri, xüsusən məsələyə beynəlxalq ikili standartlar çərçivəsində yanaşmaları iştirakçılara ətraflı izah etdi. İkili standartlar siyasətinin beynəlxalq münasibətlərdə standart bir yanaşmaya çevrilməsinin təəssüf doğurduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, ədalət və vahid standartın göstəricisi Ermənistana sanksiyaların tətbiq edilməsidir: “Qərarlar qəbul olunub icra edilmirsə, müəyyən çətin vəziyyətdə olan və əziyyət çəkən ölkənin vəziyyəti daha da pisləşir. Ancaq bu, həm də bütün dünya üçün bir təhlükədir. Bu o deməkdir ki, ərazi işğalı məqsədilə istənilən ölkə real vəziyyəti zorla dəyişərək milyonlarla insana əzab verə, nəticədə isə cəzasız qala bilər. Bu səbəbdən biz dəfələrlə bu məsələni müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qarşısında qaldırmışıq ki, bu təcavüz, işğaldinc azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistana sanksiyalar tətbiq edilməlidir. Bax, o zaman bu, ədalət və vahid standartın göstəricisi olacaqdır”.

V Qlobal Forumu “Beynəlxalq münasibətlərin gələcəyi”, “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsulstrategiya tətbiq olunmalıdır?”, “Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?”, Transatlantik münasibətlərin gələcəyi: siyasi realizmə qayıdış” və digər mövzularda keçirilən iclaslar maraqlı diskussiyalarla yadda qaldı. Gündəlikdə olan məsələlərə münasibət bildirənlər sıradan siyasətçilər yox, indikikeçmiş dövlət və hökumət başçıları, tanınmış dövlət xadimləri idilər. Məhz onların iştirakı ilə bu məsələlər ətrafında olduqca səmərəli müzakirələr aparıldı. Bu mənada V Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, sülh üçün dialoqun inkişafına layiqli töhfələr verəcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 18 mart.- S. 1, 7.