Azərbaycan ilə İran
arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 17-də İran İslam
Respublikasının rabitə və informasiya texnologiyaları
naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırdı.
Dövlətimizin başçısı öz növbəsində bayram münasibətilə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini və İran xalqını təbrik etdi.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edildi, Azərbaycan Prezidenti İlham Əliyevin İrana uğurlu rəsmi səfərinin önəmi vurğulandı.
Söhbət zamanı
Şimal-Cənub nəqliyyat dəhlizinin icra
vəziyyəti, bank sektorunda
əməkdaşlığın perspektivləri və digər
məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.-
2017.- 18 mart.- S. 3.