V Qlobal Bakı
Forumu beynəlxalq əməkdaşlığın
yaxşı göstəricisidir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 17-də Səudiyyə
Ərəbistanı Krallığının Şahzadəsi,
Kral Faysal Araşdırma və İslami Çalışmalar
Mərkəzinin İdarə Şurasının sədri Turki
Al Faysalı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalın V Qlobal Bakı Forumunda iştirakının əhəmiyyətini vurğulayaraq bunu ölkələrimiz arasında əməkdaşlıq və dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirdi.
Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al-Faysal V Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd etdi.
Turki Al Faysal Azərbaycandakı qonaqpərvərliyin və Bakının ecazkar gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd etdi. O, İçərişəhərdə aparılan bərpa işlərinin onda böyük maraq doğurduğunu dedi.
Dövlətimizin
başçısı ölkəmizdə son
illər tarixi irsin
qorunması və müasir arxitektura nümunələrinin
yaradılması istiqamətində mühüm
işlərin həyata keçirildiyini
vurğuladı.
Azərbaycan.-
2017.- 18 mart.- S. 3.