Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul
edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərimizin səviyyəsinin razılıq doğurduğu bildirildi, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edildi. Azərbaycan ilə Bosniya və Herseqovina arasında turizm, səhiyyə, qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlıq imkanları ilə bağlı məsələlər müzakirə olundu.
Söhbət zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı danışıqlar ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-
2017.- 18 mart.- S. 3.