Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

 

Xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə xarici ölkələrin rəsmi şəxslərindən, ictimai-siyasi xadimlərdən, beynəlxalq təşkilatların, elm və təhsil müəssisələrinin rəhbərlərindən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən, diplomatik korpusun təmsilçilərindən təbriklər gəlməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri senator Sercio Divina, Azərbaycanın İtaliyanın Genuya şəhərindəki fəxri konsulu Marqerita Kosta, İtaliya-Azərbaycan Ticarət Palatasının (ITAZERCOM) prezidenti Manuela Traldi, İtaliyanınNodo di GordioBeyin Mərkəzinin sədri Daniele Lazzeri, Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia, Roma Sapienza Universitetinin tədqiqatçısı, Azərbaycan və Qafqaz üzrə Gənc Tədqiqatçılar Assosiasiyasının (ASSAC) sədri Daniel Pommier Vinçelli, Venesiya Ka Foskari UniversitetiMilan Sakro Kuore Katolik Universitetinin tədqiqatçısı, elmlər doktoru Karlo Frappi, İtaliya Parlamentinin XII Səhiyyə Komissiyasının vitse-prezidenti, senator Mariya Rizzotti, İtaliya Parlamentinin Deputatlar Palatasının üzvü Kristina Barcero, Mərkəzi Cənubi İtaliya Azərbaycanın Dostları Assosiasiyasının sədri Domeniko Letisiya, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliya filialının rəhbəri Sandro Teti, İtalavrasia Venesiya Assosiasiyasının sədri və baş katibi, “Azerbaijan News” və “Eurasia News” qəzetlərinin direktoru Canfranko Vestuto, İtaliya-Azərbaycan Mədəni Mübadilə üzrə Avropa Assosiasiyasının prezidenti Edoardo Paniki, memar Laura Peretti, Albaniya-Azərbaycan dostluq, elm və mədəniyyət cəmiyyətinin sədri Entela Muço təbrik ediblər.

Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ölkəmizin Mərakeş Krallığındakı səfiri Tarik Əliyev, Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və Xorvatiyadakı səfiri Kamil Xasıyev təbrik məktubları ünvanlayıblar.

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.

 

Azərbaycan.- 2017.- 18 mart.- S.4.