Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban
Əliyeva iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Martın 17-də Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban
Əliyeva İran İslam Respublikasının rabitə və
informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, qonaqları Azərbaycanda salamlayan Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin bir çox sahələri əhatə etdiyindən və bu əlaqələrin qarşılıqlı hörmət əsasında qurulduğundan şad olduğunu bildirdi. Azərbaycan ilə İran arasında münasibətlərin tarixi köklərə əsaslandığını deyən xanım Mehriban Əliyeva Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında bir çox sənədlərin imzalandığını diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin ən yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bir çox sahələrdə qurulan əlaqələrdən danışan Azərbaycanın Birinci vitse-prezidenti humanitar sahədə əməkdaşlıq üçün daha geniş imkanların olduğunu da söylədi və bu əməkdaşlığa dəstəyini verməyə hazır olduğunu vurğuladı.
İran İslam
Respublikasının rabitə və informasiya
texnologiyaları naziri Mahmud
Vaezi Mehriban
Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə
təbrik etdi, onun
İran-Azərbaycan əlaqələrinin daha
da inkişaf etdirilməsinə
töhfə verəcəyinə əminliyini vurğuladı. Mahmud Vaezi xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu bildirdi, Fondun gördüyü
işləri yüksək qiymətləndirdi. Ölkəmizdə
Novruz əhval-ruhiyyəsinin şahidi olduğunu deyən
qonaq Azərbaycanda bu
bayramın böyük təntənə
ilə qeyd edildiyini
söylədi və bayram münasibətilə
təbriklərini çatdırdı.
Azərbaycan.-
2017.- 18 mart.- S.4.