Forum çərçivəsində “Avropanın gələcəyi” mövzusu ətrafında geniş müzakirələr aparılıb

 

“Beynəlxalq münasibətlərin gələcəyi: gücmaraqlardevizi altında keçirilən V Qlobal Bakı Forumunun növbəti iclasında “Avropanın gələcəyi” mövzusu ətrafında geniş müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, BosniyaHerseqovina Rəyasət Heyətinin Sədri Mladen İvaniç çıxış edərək Avropaya inteqrasiya ilə bağlı bir çox problemlərin olduğunu diqqətə çatdırdı. Avropa İttifaqının gələcəyi ilə əlaqədar nikbin düşüncələrinin olduğunu söyləyən Mladen İvaniç təhlükəsizlik baxımından Avropa ölkələrinin bir yerdə qalmasının əhəmiyyətinə toxunaraq dedi: “Miqrantların Avropa İttifaqı ölkələrinə daxil olması probleminə baxmayaraq, bu qurum daha sabit ola bilər. Avropa İttifaqı uğurlu model kimi fəaliyyət göstərir. Digər problemləri həll etmək mümkündür. Niderlandda keçirilən seçkilərin nəticəsi də müsbət danışmağa əsas verir”.

Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasının quruma çox güclü təsiri olmayacağını deyən Mladen İvaniç keçid dövrünün uğurla başa çatacağını bildirdi.

Sonra çıxış edən Polşanın sabiq Prezidenti Aleksandr Kvasnievski demoqrafiyanın Avropa İttifaqı üçün daha böyük fəsadlarının olduğunu vurğuladı. O bildirdi ki, miqrasiya məsələsi qaçqın məsələsi deyil, bu, eyni zamanda, Avropa İttifaqının gələcəyi deməkdir. Mümkün qədər necə assimilyasiya etməliyik. Afrikadan, Asiyadan miqrasiya, böhranlar azad, sərbəst ticarətin əsasını darmadağın edir. Biz böhranların səviyyəsini lazımi şəkildə düzgün ölçməmişik. Siyasət isə keçid dövrünü yaşayır, birqütblülük dövrü başa çatıb. Yeni sistem isə hələ yaradılmamışdır. Belə bir xaotik vəziyyətdə Avropa inteqrasiyası qorunmalıdır. Liderlik problemi, qərarvermə sistemi əslində əsas çətinliklərdən biridir. Texnoloji dəyişikliklər prosesinin qarşısını almaq mümkün deyil.

Gənclərin seçkilərdə zəif iştirakından danışan Belçika Krallığının sabiq Baş naziri Yves Leterme onların bu işə marağının artırılmasının əhəmiyyətini vurğuladı. Rəqabətin olmamasının siyasi arenada daha çox vədlərin verilməsinə gətirib çıxardığını söyləyən sabiq Baş nazir sosial, iqtisadi proqramların seçkilərə mənfi təsir göstərdiyini qeyd edərək dedi: “Bildiyimiz kimi, informasiya-kommunikasiya texnologiyalarının rolu çox vacibdir. Gənclər veb-insanlardır. Lakin bu prosesdən kənarda qalanlar da var. İctimai fikir yeni debatlar vasitəsilə öyrənilməlidir. Bunun üçün referendum keçirilməlidir. Bütün rəylər göstərir ki, insanların siyasi təmsilçiliklə bağlı problemləri var. Vətəndaşlarımız vahid valyutadan - avrodan istifadə edirlər, Avropa İttifaqında sərbəst hərəkət edə bilirlər. Populizmin Avropa inteqrasiyasına qalib gəlmək şansı yoxdur”.

İnsanların bütün çətinliklərə problemlərə baxmayaraq Avropa İttifaqını dəstəklədiklərini deyən Sloveniyanın sabiq Prezidenti Danilo Türk Balkan ölkələrinin bu quruma doğru irəlilədiklərini bildirdi. Şərq Tərəfdaşlığı ilə bağlı prinsiplərə yenidən baxılmasının vacibliyinə toxunan sabiq Prezident söylədi ki, Avropa İttifaqı mərkəzdir. Gücləndirilmiş əməkdaşlıqdan istifadə etmək üçün bu mərkəzdə toplaşmaq lazımdır. Düşünürəm ki, sosial-iqtisadi inkişafda ehtiyatlı olmalıyıq. Təhlükəsizlik, hərbi nöqteyi-nəzərdən Balkanlarda perspektivimiz olmalıdır. Biz bütün mümkün həmrəyliyi göstərməliyik. Avropa inteqrasiyası böyük məsələlərdə etibarlıdır.

İqtisadi maliyyə böhranından danışan Niderland Krallığının sabiq Baş naziri Vim Kok Afrikadan Avropaya növbəti on il ərzində qaçqınların gəlməsi prosesinin davam edəcəyini söylədi. Avropa əməkdaşlığının təhlükəsizliyinin tam təmin olunmadığını vurğulayan Vim Kok bu istiqamətdə liderlərin uzaqgörənliyinin vacibliyini diqqətə çatdıraraq bildirdi: “Əməkdaşlıq üzrə prinsiplər mövcuddur. Avropa əməkdaşlığı tam təmin olunmalıdır. Biz dəyərləri, prinsipləri standartları da qorumalıyıq. Keçmişdə buraxılan səhvlərdən nəticə çıxarılmalıdır. Əhalinin dəstəyi ilə Avropanın gələcəyi növbəti on ildə bərpa edilməlidir”.

Gənclərə daha çox sərbəstlik verilməsinin vacibliyini qeyd edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers geosiyasətdə tektonik dəyişikliklərin baş verdiyini bildirdi. Demokratiyanın yavaş-yavaş getdiyini söyləyən Valdis Zatlers populist fikirlərin beyinlərimizdə üstünlük təşkil edə biləcəyini dilə gətirdi.

Bakı Forumunu yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Hökumətinə təşəkkür edən Çexiyanın sabiq Baş naziri Jan Fişer Birləşmiş Krallığın çox vacib Avropa layihəsini tərk etdiyini vurğuladı. O dedi ki, populizmin çox ciddi ziyanı ola bilər. Demokratiya sadələşdirilməli, eyni zamanda, idarə, davranış üslubu tətbiq olunmalıdır.

İtaliyanın sabiq xarici işlər naziri Franko FrattiniÇox sürətli Avropamodelinin hər bir dövlət üçün şərait yaratdığını bildirdi. Xarici siyasətdə qətiyyət göstərilməsinin vacibliyinə toxunan Franko Frattini dedi ki, daxili bazarlar gücləndirilməli, əməkdaşlıq təmin olunmalıdır. Biz siyasi inteqrasiyaya doğru gedirik. Suriyadan gələn yol kifayət qədər çox sabitdir. Amma biz hər həftə Siciliya adasından 3-4 min miqrant qəbul edirik. İtaliya, Malta və Yunanıstan artıq bu problemi həll edə bilməyəcək. Biz on minlərlə miqrantı yerləşdirə bilirik. Səmimi desək, yük bölüşmə prinsipinə əməl olunmasa fərdi addımların atılması kifayət etməyəcək. Biz miqrasiyanı Avropa səviyyəsində idarə etməliyik.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

 

Azərbaycan.- 2017.- 18 mart.- S. 7.