Aleksandr Kvasnievski: “BMT-nin Dağlıq Qarabağ
münaqişəsinə dair qətnamələrinə
əməl olunmalıdır”
BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinə əməl olunmalıdır. Təəssüflər olsun ki, bu qətnamələr yerinə yetirilmir. BMT Təhlükəsizlik Şurası problemin həllində səylərini artırmalıdır.
Bu fikirləri jurnalistlərə müsahibəsində Beşinci Qlobal Bakı Forumunda iştirak edən Polşanın sabiq Prezidenti Aleksandr Kvasnievski səsləndirib.
Azərbaycan
ilə Polşa arasındakı əlaqələrin
mövcud səviyyəsindən məmnunluğunu
dilə gətirən Aleksandr Kvasnievski Forumun beynəlxalq
əməkdaşlığın möhkəmləndirilməsinə
mühüm töhfələr verəcəyini
bildirərək deyib: “Hazırda Polşa rəhbərliyi ölkənizlə əlaqələrin
daha da möhkəmləndirilməsinə
çalışır. Polşa Azərbaycanı
beynəlxalq arenada hər zaman
dəstəkləyir və siyasi-iqtisadi əlaqələrimizin
daha da inkişaf
etdirilməsində maraqlıdır. Polşada
təbii qaz təchizatının şaxələndirilməsinə
ehtiyac var. Biz bu sahədə Azərbaycanın
təcrübəsindən yararlana bilərik.
Bizim turizm sahəsində
də əlaqələrin genişləndirilməsi üçün böyük
potensialımız var”.
Azərbaycan.-
2017.- 18 mart.- S. 8.