“Dərman vasitələri
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2016-cı il 14 oktyabr tarixli 360-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 23 noyabr tarixli
1123 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1147 nömrəli Fərmanının icrası ilə bağlı qərara alıram:
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 360-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 noyabr tarixli 1123 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 11, maddə 1830) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bənddə “14-1.2-ci (ikinci halda) maddəsində” sözləri “14-1.2-ci maddəsinin üçüncü cümləsində” sözləri ilə əvəz edilsin;
2. 3.2-ci bənddə “14-1.2-ci (birinci halda) və 16.4-cü maddələrində” sözləri “14-1.2-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart
2017-ci il
Azərbaycan.-
2017.- 19 mart.- S.4.