“Miqrasiya
orqanlarında qulluqda fərqlənməyə
görə”, “Miqrasiya orqanları ilə səmərəli
əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz
qulluğa görə” Azərbaycan
Respublikası medallarının təsis edilməsi ilə əlaqədar
“Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanununun
tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 16 noyabr tarixli 751 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 16 noyabr tarixli 751 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 11, maddə 1111) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci bənddən “və “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində” sözləri çıxarılsın.
2. 3-cü hissənin əvvəlinə “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı və” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart
2017-ci il
Azərbaycan.-
2017.- 19 mart.- S.4.