“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 19 aprel tarixli 125 nömrəli Fərmanının ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 393-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 19 aprel tarixli 125 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 234) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2017-ci il

 

Azərbaycan.- 2017.- 19 mart.- S.5.