Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyi rəsmən
qeydə alınıb
Azərbaycan Respublikasının
Rusiya Federasiyasındakı səfiri Polad
Bülbüloğlunun Birləşmiş Millətlər Təşkilatının
Təhsil, Elm və Mədəniyyət Təşkilatının
(UNESCO) baş direktoru vəzifəsinə namizədliyi təsdiq
edilib.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bunu UNESCO-nun İcraiyyə Şurasının sədri Maykl Vorbs qurumun baş direktoru vəzifəsinə doqquz namizədin adlarını rəsmən elan edərkən bildirib. Namizədlərin siyahısında Polad Bülbüloğlu ilə bərabər, Vyetnam, Misir, Qətər, Çin, Qvatemala, İraq, Livan və Fransa nümayəndələri yer alıb.
UNESCO-nun
baş direktoru
İcraiyyə Şurasının tövsiyəsi ilə Baş Konfrans tərəfindən
təyin edilir. İcraiyyə
Şurasının 2017-ci il aprelin 26-27-də keçiriləcək 201-ci
sessiyası çərçivəsində doqquz
namizədlə müsahibə aparılacaq. Oktyabr
ayında Şuranın 202-ci sessiyasında gizli
səsvermə keçiriləcək. Son
qərar 2017-ci ilin noyabrında UNESCO-nun Baş
Konfransının 39-cu sessiyasında qəbul ediləcək.
Azərbaycan.-
2017.- 19 mart.- S.7.