Zlatko Laqumdciya: “Cənub qaz
dəhlizi XXI əsrin layihəsidir”
“Cənub
qaz dəhlizi” XXI əsrin layihəsidir. Bu qaz kəməri ilə Azərbaycanın təbii
ehtiyatları Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçməklə Avropaya
daşınacaq. Beləliklə, layihə inkişaf,
müdriklik, əlaqələndirmə
abidəsi olaraq qalacaq. Bu, eyni
zamanda, Azərbaycanın
sahib olduğu multikulturalizm,
tolerantlıq dəyərlərinin
dünyada yayılması
deməkdir.”
Bu fikirləri
AZƏRTAC-a müsahibəsində V Qlobal Bakı Forumunun iştirakçısı,
Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdciya səsləndirib.
Qlobal Bakı
Forumunun əhəmiyyətinin
ildən-ilə daha da artdığını deyən Zlatko Laqumdciya Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı
ilə dünyanın
üzləşdiyi problemlərlə
bağlı bir çox şəhərlərdə
tədbirlərin keçirildiyini
diqqətə çatdırıb:
“Biz artıq Bakı Forumunun inkişafının
şahidi oluruq. Bakı artıq siyasi, iqtisadi baxımdan Davos Forumuna çevrilir”.
Hər iki xalqın bənzər faciələr
yaşadığını söyləyən Zlatko Laqumdciya Sarayevoda Azərbaycan-Bosniya və Herseqovina dostluq parkında Srebrenitsa və Xocalı faciələrini əks etdirən abidə kompleksinin yaradıldığını
qeyd edərək, bu faciələrlə bağlı həqiqətlərin
dünyaya çatdırılmasının
vacibliyinə toxunub.
Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya göstərdiyi
dəstəyə görə
minnətdarlığını bildirən Zlatko Laqumdciya iki ölkə arasında əlaqələrin yüksək
səviyyəsindən məmnunluğunu
dilə gətirib.
Azərbaycan.-
2017.- 19 mart.- S.9.