Roma Papası Fransisk Həzrətlərinə
Zati-müqəddəsləri,
Tacqoyma Gününüz münasibətilə
Sizə və bütün həmməzhəblərinizə
şəxsən öz
adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
Biz Azərbaycan
ilə Müqəddəs
Taxt-Tac arasındakı
münasibətlərə xüsusi
əhəmiyyət veririk. Sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub
saxlanması və daim inkişaf etdirilməsi yolunda fəal və səmərəli əməkdaşlığımız
məmnunluq doğurur.
İnanıram ki, Azərbaycan ilə Vatikan arasında ümumbəşəri
dəyərlərin təntənəsi
naminə uğurla davam edən əməkdaşlıq, birgə
atdığımız addımlar
bundan sonra da dünyada sülhün və əmin-amanlığın, insanlar
arasında qarşılıqlı
anlaşma və həmrəyliyin bərqərar
olmasına xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə
Sizə möhkəm cansağlığı, ali mənəvi missiyanızda uğurlar, bütün həmməzhəblərinizə
əmin-amanlıq və
firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 16 mart 2017-ci il.
Azərbaycan.-
2017.- 19 mart.- S. 1.