Azərbaycan parlamentinin
nümayəndə heyəti
Sankt-Peterburqa səfər
edib
Martın 27-də Milli
Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti
MDB Parlament Assambleyasının
25 illiyi ilə əlaqədar keçiriləcək
tədbirlərdə, təşkilatın
Şura, 46-cı plenar
və daimi komissiyalarının iclaslarında
iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq
şəhərinə səfər
edib.
Parlamentin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin
tərkibinə deputatlardan
Kamilə Əliyeva, Rüfət Quliyev, Malik Həsənov, Mirkazım Kazımov, İqbal Məmmədov, Rüstəm Xəlilov,
Elmira Axundova, Azay Quliyev, Adil Əliyev,
parlament Aparatının
rəhbəri Səfa
Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
MDB PA-nın
Şura iclasında təşkilatın 25 illiyi
ilə əlaqədar
Bəyanat qəbul olunacağı gözlənilir. Şura üzvlərinin
təşəbbüsü ilə “Beynəlxalq Parlamentarizm Günü”nün
təsis edilməsi, təşkilata üzv ölkələrdə keçirilmiş
referendum və seçkilərin
nəticələri, Parlament
Assambleyasının ötən
ilki fəaliyyətinin
qiymətləndirilməsi və
digər məsələlər
müzakirə olunacaq.
MDB PA-nın
25 illiyinə həsr edilmiş təntənəli
iclasda nümayəndə
heyəti rəhbərlərinin,
qurumla əməkdaşlıq
edən beynəlxalq təşkilatların nümayəndələrinin
çıxışları gözlənilir.
Plenar iclasda
10-dan çox model qanunlar
nəzərdən keçiriləcək.
Qurumun daimi komissiyalarında müzakirə olunaraq təsdiq edilmiş məsələlərə münasibət
bildiriləcək.
Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun nümayəndə
heyəti rəhbərlərinin
başçıları ilə
bir sıra görüşləri nəzərdə
tutulub. Bu görüşlərdə
ikitərəfli əlaqələrin
inkişafı, parlamentlərarası
münasibətlərin daha
da dərinləşdirilməsi,
MDB PA-nın gələcək
fəaliyyəti barədə
fikir mübadiləsi aparılacaq.
Səfər martın 28-də
başa çatacaq.
Azərbaycan.-
2017.- 28 mart.- S. 3.