Prezident Pyotr Poroşenko:
Azərbaycan Ukraynanın vacib strateji tərəfdaşıdır
Martın 27-də Ukraynanın
paytaxtı Kiyevdə Demokratiya və İqtisadi İnkişaf
Naminə Təşkilatın – GUAM-ın hökumət rəhbərlərinin
sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Pyotr Poroşenko sammit çərçivəsində Azərbaycanın Baş nazirinin müavini İsmət Abasovu, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilini, Moldovanın Baş naziri Pavel Filipi qəbul edib.
Ukrayna dövlətinin başçısı GUAM Azad Ticarət Zonasının yaradılmasına, üzv ölkələrin nəqliyyat dəhlizinin inkişafına dair imzalanmış sənədlərin əhəmiyyətini vurğulayaraq Sammitin nəticələrini yüksək qiymətləndirib. Görüşdə, həmçinin GUAM çərçivəsində təhlükəsizliyin gücləndirilməsi, kibercinayətkarlığa və terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunub.
Azərbaycana sonuncu səfəri zamanı yüksək qonaqpərvərliyə və səmərəli danışıqlara görə minnətdarlığını bildirən Prezident Pyotr Poroşenko deyib: “Azərbaycan Ukraynanın vacib strateji tərəfdaşıdır. Biz ölkələrimiz arasında, həmçinin GUAM ölkələrinin əməkdaşlığı çərçivəsində mövcud olan münasibətləri bundan sonra da davam etdirmək niyyətindəyik”.
Görüşün
iştirakçıları GUAM-a üzv ölkələrin suverenliyi,
ərazi bütövlüyü və beynəlxalq
birlik tərəfindən
tanınmış sərhədlərinin
toxunulmazlığı məsələsində həmrəy
olduqlarını bildiriblər.
Azərbaycan.-
2017.- 28 mart.- S. 3.