“The Jewish Chronicle”:
Azərbaycan dinc birgəyaşayışın modeli
kimi
Amerikanın “The Jewish
Chronicle” qəzetində “Azərbaycan
dinc birgəyaşayışın
modeli kimi” sərlövhəli məqalə
dərc edilib.
Məqalənin müəllifi
Marşa Bronştayn yazır ki, o, keçən həftə
“Salaam Şalom Qardaşlığı”
təşkilatının sponsorluğu
ilə yəhudi-müsəlman
qadın nümayəndə
heyətinin tərkibində
Azərbaycanda səfərdə
olub. Səfər üçün Azərbaycan ona görə seçilib ki, bu müsəlman
ölkəsində bütün
dinlərə hörmətlə
yanaşılır.
Nümayəndə heyəti Azərbaycanda dövlət və hökumət nümayəndələri,
həmçinin ölkəmizdə
akkreditə olunmuş
diplomatik korpusun üzvləri ilə görüşüb. Görüşlər
zamanı müxtəlif
məsələlər, o cümlədən
ölkəmizdə qadınların
iqtisadi və sosial şəraiti, müxtəlif dinlərin nümayəndələrinin birlikdə
yanaşı yaşaması,
enerji sektorunun inkişafı, Azərbaycan
ilə Yaxın Şərq ölkələri
arasında münasibətlər,
regional təhlükəsizlik, təhsil və s. müzakirə edilib. Qonaqlar, həmçinin “ADA” Universitetində
olublar.
Nümayəndə heyətinin üzvləri ölkəmizdə bir sıra məscid, sinaqoq və kilsələrdə, həmçinin
qədim “Atəşgah”
məbədində olublar. Onlar Cümə
məscidində ibadətdə
iştirak edib, yəhudi və müsəlman dualarının
oxunduğu qəbiristanlığa
və digər mədəni obyektlərə
gediblər.
Məqalədə M.Bronştayn
Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
söylədiyi nitqdən
sitat gətirərək
yazır: “Multikulturalizm
əsrlər boyu xalqımıza xas olan bir anlayışdır.
Əsrlər boyu müxtəlif
dinlərin, millətlərin
nümayəndələri Azərbaycanda
bir ailə kimi yaşamışlar”.
Sonda müəllif qeyd edir ki, Azərbaycan
müasir dünyada dinc birgəyaşayışın
nümunəsidir. Azərbaycan Birləşmiş Ştatların və İsrailin strateji tərəfdaşıdır. Ölkəmiz regionun enerji
təhlükəsizliyinə böyük töhfə verir, dini plüralizmin
tarixini və antisemitizmin olmamasını
dəstəkləyir.
AZƏRTAC
Azərbaycan.-
2017.- 28 mart.- S. 6.