“Kim ki, bu dünyanı güldürə bilsə”

 

Yeni kitab

 

Oxucular Sahib Əliyevi şair və istedadlı publisist kimi yaxşı tanıyırlar. İndiyə kimi onun iyirmi kitabı, o cümlədən, üç cildlik seçilmiş əsərləri nəşr edilib. Çapdan yenicə çıxmış “Kim ki, bu dünyanı güldürə bilsə” şeirlər toplusu isə müəllifin oxucularla iyirmi birinci görüşüdür.

“Açıq dünya” nəşriyyatı tərəfindən buraxılmış bu kitabda şairin son illərdə yazdığı şeirləri toplanmışdır. “Vətən dünyanın içindən keçir”, “İnsan təbiət”, “Bu da bir taledir, yaşayıram mən”, “Sualdan sual doğur”, “Məhəbbət cavan qalır” “Eləsi var, beləsi ” adlı bölmələrdə gedən şeirlər sübut edir ki, Sahib Əliyev poeziyaya məsuliyyətlə yanaşır, sözün bədii təsirinə ciddi fikir verir.

Kitabdakı şeirlər göstərir ki, Sahib Əliyev üçün mövzu məhdudluğu yoxdur. O, yazdıqlarında həyatı olduğu kimi təsvir etməyi bacarır.

Yaxşı cəhətlərdən bir odur ki, Sahib Əliyev oxucuya müsbət əməllər aşılamağa səy göstərir. Bu da ədəbiyyatın qarşısına qoyulan başlıca tələblərdən biridir.

 

Azərbaycan.- 2017.-31 mart.- S.8.