Milli Məclisin
sədri Sankt-Peterburqda
ATƏT-in Parlament Assambleyasının
prezidenti ilə görüşüb
Rusiya Federasiyasının Sankt-Peterburq
şəhərində səfərdə
olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov
ATƏT-in Parlament Assambleyasının
(PA) prezidenti xanım
Kristine Muttonen ilə görüşüb.
Azərbaycan parlamentinin
sədri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması
istiqamətində danışıqların
hazırkı vəziyyəti
və perspektivlərindən
danışaraq təəssüflə
vurğulayıb ki,
ATƏT-in Minsk qrupu çərçivəsində
danışıqlar prosesinin
davam etməsinə,
Minsk qrupunun həmsədrlərinin
daim dəyişməsinə
baxmayaraq, münaqişə
hələ də öz həllini tapmayıb. Milli Məclisin spikeri
qeyd edib ki, danışıqlar prosesi sonsuz davam edə bilməz və bu məsələnin həllinin həvalə olunduğu Minsk qrupu daha qətiyyətli addımlar atmalıdır.
Beynəlxalq təşkilatlarda
Azərbaycanla bağlı
müzakirələrdə ikili
standartlara yol verildiyini, özlərini insan haqlarının müdafiəçisi sayan
qurumların Azərbaycanda
bir milyon qaçqın və məcburi köçkünün
taleyinə laqeyd qaldıqlarını vurğulayan
Oqtay Əsədov deyib ki, işğalçı
ölkə ilə əraziləri işğal
edilmiş ölkə
arasında bərabərlik
işarəsinin qoyulması
düzgün deyil.
ATƏT PA-nın
prezidenti rəhbərlik
etdiyi təşkilatın
Azərbaycanla sıx əlaqələrindən məmnunluq
ifadə edib, dünyada terrorizm dalğasının tüğyan
etdiyi bir dövrdə bu əlaqələrin əhəmiyyətini
vurğulayıb. K.Muttonen Minsk qrupu həmsədrlərinin
görüşünün keçirilməsinin vacibliyini
diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə ATƏT-in
Parlament Assambleyası
arasında əməkdaşlığın
daha da dərinləşdirilməsinə
dair məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
ATƏT PA-nın
yeni seçilmiş vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev görüşdə
iştirak edib.
AZƏRTAC
Azərbaycan.-
2017.- 29 mart.- S. 7.