Azərbaycanın və Birləşmiş Ərəb
Əmirliklərinin hüquq mühafizə
orqanları arasında əməkdaşlıq məsələləri
müzakirə edilib
Birləşmiş Ərəb
Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu ölkənin
Daxili İşlər
Nazirliyinin Mühafizə
və Xüsusi Təyinatlı Baş İdarəsinin rəhbəri
ilə görüşüb.
Ramil Usubov, həmçinin baş idarənin fəaliyyəti
və BƏƏ xüsusi
təyinatlılarının avadanlıqları ilə tanış olub.
Görüşdə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq
məsələləri barədə
fikir mübadiləsi aparılıb.
AZƏRTAC
Azərbaycan.- 2017.- 29 mart.- S. 7.