“Cənub qaz dəhlizi” enerji təhlükəsizliyi, inkişaf və tərəfdaşlıq abidəsidir

 

Xəzər dənizinin Azərbaycan sektorundakı enerji qaynaqlarını Avropaya ixrac edəcək “Cənub qaz dəhlizi” hazırda dünyada həyata keçirilən nəhəng layihələrdən biri kimi beynəlxalq aləmin diqqət mərkəzindədir.

“Şahdəniz-2”dən əldə olunacaq qazı Avropadakı istehlakçılara çatdırmaq üçün bu dəhliz boyu 3 böyük kəmər bir-birinə calanaraq vahid sistem yaradacaq. Bunlar CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Transanadolu Qaz Boru Kəməri) və TAP-dır (Transadriatik Qaz Boru Kəməri).

Xatırladaq ki, CQBK Azərbaycanda 443 və Gürcüstanda 248 kilometr məsafə qət edərək Türkiyə sərhədinə çatır. Hazırda bu boru kəmərinin genişləndirilməsi layihəsi uğurla həyata keçirilir. 2013-cü il dekabrın 11-də CQBK şirkətinin Direktorlar Şurası bu layihəni təsdiq etmişdir və həmin vaxtdan bəri tikinti mərhələsi davam edir. CQBK kəməri 10 ildən çoxdur “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qazı nəql edir və haqlı olaraq indi onu “Cənub qaz dəhlizi”nin bünövrəsi, uğurlu başlanğıcı adlandırırlar.

TANAP-ın marşrutu Türkiyənin Gürcüstanla sərhədindəki Posof mahalından başlanır. Bu kəmər Türkiyənin ərazisində 21 vilayətdən keçərək 1850 kilometr məsafə qət edəcək. TANAP-ın təməli 2015-ci il martın 17-də Qars vilayətinin Səlim rayonunda qoyulub. Tikintidə işlərin xeyli hissəsi görülüb. Bu kəmərlə ilk qazın Türkiyəyə 2018-ci ildə çatdırılacağı gözlənilir.   

TAP “Cənub qaz dəhlizi”nin sonuncu seqmentidir. Borunun uzunluğu 878 kilometr təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya Yunanıstan arasında Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında imzalanıb. Kəmərin təməli isə keçən ilin mayında Yunanıstanın Saloniki şəhərində qoyulub.

TAP Avropanın qaz bazarı üçün mühüm strateji layihədir. “Şahdəniz-2” yatağından hasil olunacaq təbii qaz 2020-ci ildə TAP vasitəsilə Avropaya nəql edilməyə başlayacaq. Layihənin İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə ara keçid boru kəmərləri ilə İsveçrə, Avstriya, Fransa, Almaniya Belçikaya, hətta İngiltərəyə təbii qaz transferinin mümkün olacağı istisna edilmir.

Prezident İlham ƏliyevCənub qaz dəhlizikimi nəhəng qazpaylayıcı infrastrukturun yaradılmasında Azərbaycanın bundan əvvəl həyata keçirdiyi neft ixracı layihələrinin bünövrə olduğunu vurğulayıb: “Artıq 7 ölkə - Azərbaycan, Gürcüstan Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya AlbaniyaCənub qaz dəhlizi”nin üzvüdür. Daha üç Balkan ölkəsi - Xorvatiya, Monteneqro, Bosniya Herseqovina isə layihənin növbəti mərhələsində bizim tərəfdaşlarımız olacaq... Bu, həqiqətən XXI əsrin layihəsidir onun dəyəri 40 milyard dollardır. Bu layihə Azərbaycan tərəfindən irəli sürülüb tərəfdaşlarımız, Avropa Komissiyası tərəfindən dəstəklənib. Hətta son iki il ərzində neftin qiymətlərinin aşağı olduğu bir vaxtda bu layihə uğurla həyata keçirilir onun icrası ilə bağlı bizim maliyyə öhdəliklərimizin ödənişi baxımından heç bir gecikmə olmamışdır”. 

Cənub qaz dəhliziAvropanın enerji təhlükəsizliyinə, eyni zamanda  beynəlxalq əməkdaşlığa sanballı töhfə olacaq. Təsadüfi deyil ki,  layihəyə üzv olan ölkələr artıq uzunmüddətli tərəfdaşa çevrilmişlər. Bu layihə ilə Azərbaycan Qafqazda Türkiyədə olan müsbət regional əməkdaşlığı Avropa, Avropa İttifaqı istiqamətində irəli apara bilmişdir. Bununla da bənzərsiz bir əməkdaşlıq formatı yaranmışdır.

Artıq üçüncü dəfədir ki, hər ilin fevralında BakıdaCənub Qaz DəhliziMəşvərət Şurasının iclası keçirilir. Builki  toplantıda da  şuranın bütün üzvlərinin iştirakı ilə qəbul edilmiş yekun bəyanatda Azərbaycanın rolu bir daha qeyd olunmuşdur.

Cənub qaz dəhlizibarədə bu il martın 16-17-də keçirilən V Qlobal Bakı Forumunda da geniş bəhs edilmişdir.

Monteneqro Prezidenti Filip Vuyanoviç demişdir: “Biz “Cənub qaz dəhlizilayihəsinin sürətləndirilməsində maraqlıyıq. Bu layihə Adriatik məkanı üçün böyük əhəmiyyət kəsb edir iqtisadi əməkdaşlığın əsas komponentidir. Biz bu istiqamətdə səylərimizi davam etdirməyə hazırıq”.

Albaniya Prezidenti Buyar Nişani isə bununla bağlı fikrini belə ifadə etmişdir: “Ötən müddət ərzində siyasi təmaslar getdikcə artıb. Biz gücümüzü Avropa üçün mühüm əhəmiyyətə malikCənub qaz dəhlizilayihəsinin reallaşmasına yönəltmişik. Əsas məqsədimiz bu sahədə Azərbaycan ilə daha yaxından işləməkdir”.

Bosniya Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdciya daCənub qaz dəhlizi”ni yüksək dəyərləndirmişdir: “Bu qaz kəməri ilə Azərbaycanın təbii ehtiyatları Albaniya, Monteneqro, Bosniya Herseqovinadan keçməklə Avropaya daşınacaq. Beləliklə, layihə inkişaf, müdriklik, əlaqələndirmə abidəsi olaraq qalacaq”.

Cənub qaz dəhlizi”nin təşəbbüskarı aparıcı qüvvəsi Azərbaycandır. Lakin bu cür nəhəng layihələr digər ölkələrlə sıx əməkdaşlıq tərəfdaşlıq şəraitində həyata keçirilir, beynəlxalq dəstəkdən bəhrələnir.Cənub qaz dəhlizi”nin belə etibarlı tərəfdaşları da, böyük dəstəyi var. 

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 30 mart.- S. 1, 3.