Prezident İlham Əliyevin dövlət idarəçiliyi sahəsindəki uğurlu siyasəti ölkənin davamlı inkişafını təmin edir

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümündən bir neçə ay keçir. Bu yubileyə həsr olunmuş çıxışında ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın dərin siyasiiqtisadi böhrandan çıxmasına və qısa zamanda regional lider və beynəlxalq birliyin layiqli üzvünə çevrilməsinə yol açan proseslərin ətraflı təhlilini verdi.

Ötən zaman kəsiyində ölkə başdan-başa yenilənib. Bakı dünyanın ən gözəl şəhərlərindən biri olub, Azərbaycanın bütün bölgələri və yaşayış məntəqələri tanınmaz dərəcədə dəyişilib, müasir iqtisadiyyat inkişaf etdirilib, infrastruktur ən yüksək dünya standartlarına uyğunlaşdırılıb. Ölkə qlobal humanitar problemlərin səmərəli müzakirəsi üçün uğurlu məkana çevrilib.

Dövlət quruculuğu baxımından 25 il çox qısa bir zamandır. Bu dövrdə Azərbaycan bir sıra çağırış və təzyiqlərlə üz-üzə qalıb. Ölkənin müstəqilliyinin ilk illəri çox çətin şəraitdə keçib, parçalanmaq və müstəqilliyin itirilməsi təhlükəsi yüksək olub. Qeyd etmək lazımdır ki, müstəqilliyin bərpasından sonrakı bütün dövrlərdə ölkə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin təsiri altında olub. Ərazimizin 20 faizinin işğalda olması, bir milyona yaxın, yəni ölkə əhalisinin təxminən 13 faizinin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ölkənin inkişafını əngəlləyən çox ciddi siyasi, iqtisadisosial amillər kimi çıxış ediblər. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tələbi və təkidi ilə ölkə rəhbərliyinə gətirilməsi bu risklərin aradan qaldırılmasını təmin edib, ölkənin hazırkı inkişafı üçün zəmin yaradıb. Səmərəli dövlət idarəçiliyinin inkişafı prosesləri Prezident İlham Əliyevin tətbiq etdiyi idarəçilik prinsip və texnologiyaları ilə yeni impuls qazanıb. Bir çox beynəlxalq təşkilat və müstəqil ekspertlərin rəsmi hesabatları bunu sübut edir. Bu gün müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən müasir Azərbaycan Respublikası iqtisadisosial göstəricilərinə görə, daha qədim tarixə malikdünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq iqtidarındadır. Bu ölkələrin bir çoxuna əhəmiyyətli nəticələr əldə etmək üçün uzun zaman və kifayət qədər resurs, o cümlədən də insan resursu tələb olunub. Azərbaycan isə ayaqda durmağı daha az resurs hesabına qısa bir zamanda bacara bilib.

Hazırkı məqalədə beynəlxalq təşkilatların bilgiləri, o cümlədən 2017-ci ilin martında BMT, Dünya Bankı, digər inkişaf institutlarının dərc etdirdikləri hesabatlardakı məlumatlar təhlil edilib. Bu hesabatlardan bəlli olur ki, Azərbaycanın göstəriciləri bir sıra “G 7”, “G 20”, Avropa Birliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin göstəriciləri ilə müqayisə edilə bilər. Hazırda “G 20” dünya istehsalının 85 və dünya ticarətinin 75 faizini təmin edir.

Beynəlxalq təşkilatlar obyektiv və dəqiq hesabatların tərtibi məqsədilə informasiyanın toplanması və işlənməsinə müəyyən qədər vaxt sərf edir. O səbəbdən şəkil 1-də 2017-ci ildə dərc olunmuş və 2003-2014-cü illəri əhatə edən son bilgilər təqdim olunub. Şəkildən göründüyü kimi, müqayisə olunan ölkələr arasında adambaşına milli gəlirin ən yüksək artımı məhz Azərbaycanda qeydə alınıb.

Prezident İlham Əliyev daim vurğulayır ki, iqtisadi artım məqsəd deyil, insanların rifahının yüksəldilməsi vasitəsidir. Son illər ölkədə reallaşdırılan sosial siyasət də bu istiqamətə yönəldilib. Beynəlxalq ictimaiyyətin Azərbaycan Respublikasında gerçəkləşdirilən sosial siyasətə verdiyi qiymət bir çox sənədlərdə, o cümlədən 2017-ci il martın 21-də Stokholmda BMT tərəfindən təqdimatı keçirilən İnsan İnkişafı Haqqında Hesabatda da əksini tapıb. Beynəlxalq standartlara uyğun olaraq sosial siyasətin uğuru xüsusi indikatorlarla müəyyən edilir. Onların arasında ən geniş istifadə olunan və yayılmışları Cini İndeksi, Kvintil göstərici və Palma nisbətidir.

Cini göstəricisi gəlirin bölgüsündə bərabərlik dərəcəsini miqdarca qiymətləndirməyə imkan verən statistik göstəricidir və 0-100 arası dəyişir. 0 - tam bərabər, 100 mütləq qeyri-bərabər bölgüdür. Dünyanın heç bir ölkəsində tam bərabərlik və ya tam qeyri-bərabərlik yoxdur! Bu da tam ədalətlidir. Belə ki, tam bərabərlik motivasiya etmir, qeyri-bərabərlik isə fərdi potensialın təkmilləşdirilməsini mənasızlaşdırır. Bu səbəbdən də ölkədə Cini göstəricisi nə qədər aşağıdırsa, həyata keçirilən sosial siyasət bir o qədər uğurlu hesab edilir. Şəkil 2-də Cini göstəricisinin Azərbaycan Respublikası və “böyük yeddilik” ölkələrində müqayisəli təhlili təqdim olunub. Bu müqayisə oluna biləcək göstəricilərdir. Belə ki, sosial siyasət və müvafiq olaraq Cini indeksi ölkənin iqtisadi inkişaf səviyyəsindən asılı deyil. Məsələn, bütün “G 7” ölkələrində adambaşına gəlir Azərbaycandakından yüksəkdir. Lakin şəkil 2-dən də göründüyü kimi, beynəlxalq təşkilatların dəyərləndirmələrinə əsasən, Almaniyada sosial siyasət Azərbaycandakından daha uğurludurmüvafiq olaraq Cini indeksi aşağıdır. Digər “G 7” ölkələrinə gəldikdə isə onların hamısı bu indikatora görə bizim ölkədən geridədirlər. Bu, Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən sosial siyasətin uğurunun bariz nümunəsidir.

Azərbaycan Respublikasında reallaşdırılan sosial siyasətin uğurunu həm də BMT-nin 2016-cı il üçün hesabatında əksini tapan Kvintil təhlil nəticələri təsdiqləyir (şəkil 3).

Kvintil təhlil əhalinin 20 faiz ən yüksək gəlirli təbəqəsinin orta gəlirləri ilə 20 faiz ən kasıb təbəqəsinin orta gəlirinin nisbəti əsasında aparılır. Göstəricinin aşağı olması beynəlxalq təşkilatlar tərəfindən ölkənin sosial siyasətinin uğuru kimi dəyərləndirilir və eyni zamanda konsolidasiya olunmuş orta təbəqənin varlığından xəbər verir. Şəkil 3-də İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatına üzv ölkələr və Azərbaycan Respublikasında Kvintil təhlilə əsaslanan bilgilər verilib. Adı çəkilən təşkilata inkişaf etmiş iqtisadiyyata malik 34 ölkə daxildir. Beynəlxalq təşkilatların sənədlərində əks olunan məlumatlar bu qrupa üzv ölkələrdən yalnız bir neçəsinin sosial göstəricilərinin Azərbaycan Respublikasındakından yaxşı olmasından xəbər verir. Şəkil 3-də müqayisə edilən ölkələrdən yalnız Norveç və İsveçdə Kvintil göstərici Azərbaycandakından üstündür. Bu bir daha vurğulamağa əsas verir ki, müstəqilliyin bərpasından ötən illər ərzində sosial problemlərin həlli Azərbaycan Respublikasında dövlət siyasətinin vacib prioriteti olub və qalmaqdadır.

Gender siyasəti də insan potensialının inkişafına əsaslanan iqtisadisosial tərəqqinin vacib elementidir. Azərbaycan Respublikası dünyada ilk dəfə qadınların seçki hüququnu tanıyan ölkədir. Gender bərabərliyinin təmin olunmasına yönəlik siyasət Azərbaycan Respublikasının müstəqilliyinin bərpası dönəmində də uğurla reallaşdırılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması kimi institusional xarakterli tədbirlərlə yanaşı, qadınların potensialının artırılması, təhsil səviyyələrinin yüksəldilməsi də gender bərabərliyinə xidmət edir. Beynəlxalq təşkilatların bilgilərinin təhlilindən bəlli olur ki, Azərbaycanda ən azı orta təhsili olan qadınların faizi “G 7” ölkələri üçün orta göstəricidən yüksəkdir. BMT-nin 2016-cı il üçün hesabatına görə, Azərbaycanda 93,9 faiz qadın ən azı tam orta təhsil alıb. “G 7” qrupu ölkələrində isə eyni potensiala orta hesabla 81,3 faiz qadın malikdir. “G 7” ölkələri arasında ancaq Kanada, AlmaniyaABŞ-da ən azı orta təhsilli qadınların faizi Azərbaycan Respublikasındakından çoxdur (şəkil 4).

Yüksək təhsil səviyyəsi gender inkişafının faktorlarındandır və qadınların iqtisadi fəaliyyətdə iştirakının genişlənməsinə xidmət edir. 2017-ci ilin martında beynəlxalq təşkilatların dərc etdirdikləri bilgilərə görə Azərbaycanda əmək qabiliyyətli qadınların 61,9 faizi ödənişli işlərdə çalışır. Eyni mənbələrin məlumatına əsasən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv dövlətlər də daxil olmaqla yüksək inkişaf etmiş ölkələrdə qadınların 52,6 faizi işlə təmin olunub. Dünyada isə bu göstərici orta hesabla 48,7 faiz təşkil edir. Qeyd etmək lazımdır ki, Azərbaycanda müstəqilliyin bərpası təkcə qadınların məşğulluq səviyyəsinin artırılması ilə deyil, həmçinin onların vəzifə statuslarının daim təkmilləşdirilməsi ilə müşayiət olunub. Bir faktı vurğulamaq kifayət edər ki, hazırda bütün regional inzibati strukturlarda qadınlar administrasiya başçılarının müavinləri postunu tutur. Gender inkişafı siyasətinin reallaşdırılımasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolu var.

Beynəlxalq prioritetlərin nəzərə alınması dövlət müstəqilliyinin bərpası və beynəlxalq aləmə inteqrasiya siyasətinin vacib elementidir. Azərbaycan Respublikası son on ildə bir çox beynəlxalq konvensiya, çoxtərəfli və ikitərəfli razılaşmaların iştirakçısı olub və mütləq şəkildə onların şərtlərinə əməl edib.

2015-ci ilin sentyabrında Nyu Yorkda 193 ölkə başçısının və bir çox qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə BMT Baş Assambleyasının 70-ci yubiley sessiyası və Dünya Sammiti keçirilib. Həmin tədbirlərdə davamlı inkişaf XXI əsrin və Üçüncü Minilliyin başlıca prioriteti kimi müəyyənləşdirilib. Qeyd edilib ki, indiki nəsillərin rifahını təmin edən və gələcək nəsillərin inkişafı üçün şərait yaradan davamlı inkişaf bəşəriyyətin başlıca prioritetidir. Sammitdə 2030-cu ilədək dəf edilməli 17 hədəf müəyyənləşdirilib.

Müxtəlif ölkələr davamlı inkişaf məqsədlərinin yerinə yetirilməsinə müxtəlif səviyyədə hazırlıqlıdırlar. Ölkədə uğurla gerçəkləşdirilən sürətli innovativ inkişaf siyasəti Azərbaycan Respublikasının davamlı inkişaf göstəricilərinə görə artıq indidən dünya liderləri sırasında yer almasını təmin edib. Məsələn, davamlı inkişafın önəmli indikatoru ümumi daxili məhsulun (ölkə iqtisadiyyatında istehsal olunmuş məhsul və xidmətlərin) istehsalı üçün sərf edilən enerjinin miqdarıdır. Bu sahədə dövlət siyasətinin uğuruinnovativliyi beynəlxalq qurumlar tərəfindən işlənmiş metodika əsasında müxtəlif ölkələrdə 1000 ABŞ dolları dəyərində ÜDM-in, alıcılıq qabiliyyəti pariteti (AQP) nəzərə alınmaqla istehsalına sərf edilən enerjinin həcminin ölçülməsi ilə müəyyən edilir. Bu ondan irəli gəlir ki, eyni həcmdə ÜDM istehsalı üçün daha az enerji sərfi səmərəli iqtisadiyyat üçün çox önəmlidir. Az enerji sərfi, həmçinin gələcək nəsillərin maraqları çərçivəsində təbii ehtiyatların səmərəli istifadəsi deməkdir. Bu da özlüyündə davamlı inkişafın vacib şərtidir. Nəhayət, daha az enerji, eyni zamanda lokalqlobal ekologiya sahəsində bir sıra məsələlərin həllinə xidmət edir. Belə ki, atmosferə istixana qazlarının atılmasının qarşısının alınması vasitəsilə bəşəriyyət üçün aktual problem olan qlobal iqlim dəyişikliklərinə təsirləri azaldır. 2015-ci ilin sonunda Qlobal iqlim dəyişikliklərinə dair Paris Sammiti bu problemin aktuallığını bir daha təsdiqləyib.

İqtisadiyyatın idarəedilməsinin davamlı inkişaf məqsədlərinə uyğunluğunun beynəlxalq səviyyədə müqayisəli qiymətləndirilməsi üçün enerji vahidi kimi bir kiloqram neftdə olan enerji miqdarı götürülür. Enerji müxtəlif mənşəli ola bilər: atom, istilik, hidro, günəş enerjisis. Lakin enerji səmərəliliyinin qiymətləndirilməsi zamanı ekvivalent kimi onun bir kiloqram neftdə olan miqdarından (bir bareldə təqribən 136 kiloqram neft olur) istifadə edilir. Bu ondan irəli gəlir ki, müəyyən zaman kəsiyində neftin qiyməti bütün dünyada eynidir. Ona görə də sözügedən ekvivalentin tətbiqi nəticəsində müxtəlif ölkələrdə sərfiyyat - məhsul nisbətinin beynəlxalq təhlilini aparmaq mümkün olur.

2017-ci il martın 27-nə olan statistikaya əsasən, Azərbaycan ÜDM istehsalı üçün enerji istifadəsi səmərəliliyinə görə postsovet ölkələri arasında şəksiz liderdir. 1000 ABŞ dolları dəyərində xidmət və məhsul istehsalı üçün alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla Azərbaycan 89,9 kq neftdəkinə ekvivalent enerji sərf edir. Estoniya eyni məqsədlə 1,9, Qazaxıstan 2,1, Rusiya 2,2, Türkmənistan isə 3,8 dəfə çox enerji “xərcləyir” (mənbə: archive.data.worldbank.org/indicator/, 27 mart 2017-ci il).

Beynəlxalq statistikaya əsasən, müstəqilliyinin 25 ili dövründə ölkəmizdə dövlət idarəçiliyi sahəsində uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasının uzunmüddətli tərəqqinin əsas şərti olan davamlı inkişafı hədəfləyən nailiyyətləri “böyük yeddilik” dövlətləri ilə müqayisə olunacaq səviyyədədir, bəzi hallarda isə onların göstəricilərindən üstündür. Şəkil 5-də Azərbaycan Respublikasının davamlı inkişaf göstəricisi “G 7” dövlətlərindəkilərlə müqayisə və təhlil edilib. Təhlil 2017-ci il martın 27-də Dünya Bankının yaydığı bilgilərə əsasən aparılıb. Şəkildən göründüyü kimi, Azərbaycan Respublikasının davamlı inkişafın qeyd olunan indikatoru üzrə göstəriciləri “böyük yeddilik” ölkələrinin orta göstəricisindən, həmçinin ABŞ, Kanada, FransaYaponiya kimi dövlətlərinkindən yüksəkdir.

Göstərilən nailiyyət ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin göstəricisidir. Bu, eyni zamanda Azərbaycan Respublikasının ekoloji təhlükəsizliyin təmin olunması və qlobal iqlim dəyişikliklərinə təsirlərin azaldılması ilə bağlı öhdəliklərinə məsuliyyətlə yanaşmasından xəbər verir. Artıq qeyd etdik ki, daha az enerji sərfi iqlim dəyişikliklərinə səbəb olan istixana qazlarının atmosferə atılmasının azalması deməkdir. Şəkil 6-da təqdim edilən müqayisəli bilgilərdən belə aydın olur ki, bütün keçmiş SSRİ ölkələri son on ildə atmosferə istixana qazlarının atılmasını məhdudlaşdırıblar. Lakin Azərbaycanda bu azalma 5 dəfəyədəkdir. Bu müqayisə olunan ölkələr arasında ən yüksək göstəricidir.

Azərbaycan Respublikasının son onillikdə qazandığı nailiyyətlər Prezident İlham Əliyevin tətbiq etdiyi unikal idarəetmə texnologiyalarının nəticəsidir. Dövlət inkişaf proqramlarının milli proqramlara transformasiyası, onların reallaşdırılmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin və özəl sektorun fəal iştirakı bu texnologiyaların vacib elementləridir. Bu yanaşma, ilk növbədə, insan potensialının formalaşdırılması sahəsində önləyici siyasətə şamil edilə bilər. Bunu bir neçə məlumatlar sübut edir. Məsələn, davamlı inkişaf sahəsində bilik və bacarıqların formalaşdırılmasının önəmini nəzərə alaraq BMT və UNESCO 2005-2014-cü illəri qlobal miqyasda davamlı inkişaf üzrə tədris onilliyi elan edib. Bununla bağlı sənəd 2005-ci ilin martında Nyu Yorkda BMT-nin baş katibi Kofi AnnanUNESCO-nun Baş Direktoru Koişiro Matsuura tərəfindən imzalanıb. Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiqlənən təhsil konsepsiyasına görə Azərbaycanda bu proses bundan 5 il öncə başladılıb. 2001-ci ildə davamlı insan inkişafı fənni orta ümumtəhsil məktəblərinin proqramına salınıb, 2003-cü ildə isə həmin fənn üzrə dünyada orta məktəblər üçün ilk dərslik işıq üzü görüb. Azərbaycanla bağlı bu informasiya BMT tərəfindən “innovativ ideya və fəaliyyət” kimi bütün dünyaya yayılıb (mənbə: http://hdr.undp.org/nhdr/impact, december 19, 2005).

Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2003-cü ildə irəli sürülən “qara qızılın” “insan qızılına” transformasiyası konsepsiyası çərçivəsində uğurla inkişaf etdirilir. Məsələn, əgər 2001-ci ildə ölkəmizdə dünyada ilk dəfə olaraq orta ümumi təhsil səviyyəsində yeni davamlı insan inkişafı fənni tədris prosesinə daxil edilibsə, artıq 2015-ci ilin iyununda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə bakalavriatura, magistraturadoktorantura pillələrində ixtisaslar nomenklaturasına yeni - “davamlı inkişafın idarəedilməsi” ixtisası əlavə olunub. Bu proses davamlı inkişafı XXI əsr və Üçüncü Minilliyin prioriteti kimi müəyyənləşdirən 2015-ci il BMT sessiyası və Dünya Sammitindən öncəyə təsadüf edir. Ali təhsilin hər üç səviyyəsində yeni ixtisasın tətbiqi Azərbaycanın dünya tendensiyalarını qabaqlayan növbəti təşəbbüsüdür.

Xüsusi vurğulamaq lazımdır ki, ölkənin innovativ tərəqqisinin əsası kimi insan potensialının formalaşdırılması konsepsiyasının reallaşdırılmasında Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli və beynəlxalq səviyyədə gerçəkləşdirdiyi proqramlar Azərbaycan Respublikasının innovativ inkişafına və ölkənin beynəlxalq aləmdə layiqli imicinin formalaşdırılmasına əvəzsiz töhfədir.

Göründüyü kimi, 25 ildə ölkə davamlı inkişafın təmin olunması sahəsində böyük nailiyyətlərə imza atıb. Beynəlxalq təşkilatların dəyərləndirmələri də bu faktı təsdiq edir.

Dinamik davamlı inkişafa yol açan digər bir məqam ölkədə dövlət siyasətinin reallaşdırılması zamanı komplimentarlıq prinsiplərinin geniş tətbiqidir. Milli maraqların qlobal tendensiyalarla dəqiq uzlaşdırılması, ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıq çərçivəsində ortaqların maraqlarının nəzərə alınması reallaşdırılan layihələrin uğurunu təmin edən önəmli faktorlardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilən bütün layihələr uğurlu qlobalregional inkişafa yol açır və bütün iştirakçıların maraqlarını təmin edir.

Davamlı inkişaf məqsədlərinin yerinə yetirilməsi üçün sinergetik yanaşmanın uğurundan xəbər verən nümunə kimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA hərəkatının fəaliyyətini göstərmək olar. Bəllidir ki, davamlı inkişaf edən cəmiyyətə transformasiya peşəkarlıqları, vətəndaş mövqeləri və həyat tərzi yeni çağırışlara cavab verən yeni nəslin formalaşdırılmasını zəruri edib. IDEA hərəkatı bu istiqamətdə böyük işlər görür. Hərəkatın fəaliyyəti nəticəsində gənclərin geniş iştirakı ilə həmçinin bioloji müxtəlifliyin qorunması, nadir bitkiheyvan növlərinin sayının artırılmasına, meşələrin bərpası, yaşayış məntəqələri və digər ərazilərin yaşıllaşdırılmasına nail olunub. Davamlı inkişaf sahəsində məsələlərin həllinə sinergetik yanaşmanın uğuru həm də meşə massivlərinin artımı ilə təsdiqlənir (şəkil 7).

Şəkil 7-də son 25 ildə meşə massivlərinin artdığı keçmiş SSRİ ölkələri üzrə bilgilər təqdim olunub. Göründüyü kimi, bu göstəriciyə görə Azərbaycan həmin ölkələr qrupunda liderdir. Azərbaycanın uğurlu inkişafını xarakterizə edən bir çox digər misallar da gətirmək olar. Əlbəttə, bu nailiyyətləri qiymətləndirmək və qorumaq vacibdir.

Təsadüfi deyil ki, martın 28-də respublika müşavirəsində çıxış edən Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan bu gün ölkəni necə idarə etmək nümunəsi sərgiləyir. Hazırkı məqalədəki materiallar buna daha bir sübutdur.

 

Urxan ƏLƏKBƏROV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

 

Azərbaycan.- 2017.- 30 mart.- S. 1, 4.