Ulu öndər Heydər Əliyev milli parlamentarizmin banisidir

 

Mayın 1-də Milli Məclisdə gənclər idman komitəsinin, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının YAP Gənclər Birliyinin birgə təşkilatçılığı iləHeydər Əliyev milli parlamentarizmin banisidir: Gənclərin gözü iləmövzusundadəyirmi masakeçirilib.

AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da çıxış edən Milli Məclisin gənclər idman komitəsinin sədri Fuad Muradov Azərbaycan gənclərinin hər zaman ulu öndər Heydər Əliyevin siyasətini dəstəklədiyini bildirib. O deyib: “Bu gün hər bir gənc fəxr edir ki, Azərbaycan məhz əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasət nəticəsində güclü, nüfuzlu bir dövlətə çevrilib”. Komitə sədri əminliklə bildirib ki, bugünkü gənclərimiz gələcək fəaliyyətləri ilə Azərbaycanı daha da yüksəkliklərə qaldıracaqlar.

Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib ki, bu gün respublikamızda elə bir sahə yoxdur ki, orada ümummilli lider Heydər Əliyevin xeyir-duası olmasın. Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi, müasir Azərbaycan dövləti Ulu Öndərin şah əsəridir.

Azərbaycanın inkişafında, müstəqilliyinin möhkəmlənməsində Ulu Öndərin misilsiz xidmətlərindən söz açan M.İbrahimqızı bildirib ki, 1993-cü il iyunun 15-də Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə milli parlamentarizmin əsası qoyuldu inkişaf etməyə başladı.

Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov gənclərə Milli Məclisin binası ilə tanışlıq imkanı verildiyinə görə parlament rəhbərliyinə təşəkkürünü bildirib. O deyib: “Əminəm ki, bugünkü gün gənclərimizin xatirəsindən heç zaman silinməyəcək. Çünki bu gün gənclərimiz Milli Məclisin binası ilə tanış olmaqla yanaşı, buradakı prinsipi haqqında da məlumatlandırılıblar”.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ilk görüşlərindən birinin məhz gənclərlə olduğunu qeyd edən S.Orucov bildirib ki, gənclər öz növbəsində Azərbaycanın inkişafı, çiçəklənməsi üçün daim fəal olmalı, dövlətimiz üçün əllərindən gələni etməlidirlər.

Milli Məclisin gənclər idman komitəsinin sədr müavini, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev bildirib ki, müasir müstəqil Azərbaycanın qurucusu olan Ulu Öndər haqqında Azərbaycanda, ölkəmizdən kənarda çoxsaylı tədbirlər, konfranslar keçirilir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratdı, onu beynəlxalq arenaya çıxardı, gücləndirdi. Ulu Öndərin böyüklüyü, müdrikliyi, iradəsi, qətiyyəti sayəsində müstəqil Azərbaycan güclü iqtisadiyyata maliq qüdrətli dövlətə çevrilib. Müasir dövrün gəncləri bu tarixi öyrənməlidirlər.

Tədbir müzakirələrlə davam etdirilib.

 

Azərbaycan.- 2017.- 2 may.- S. 4.