Azərbaycan xalçaçılarına “Əməkdar
mədəniyyət işçisi” fəxri
adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:
Ağaliyeva Neva Şahpələng qızı
Ağamirzəyeva Fatimə Ayıbxan qızı
Bəşirova Rəfiqə Xanağa qızı
Əliyeva Ceyran Müzəffər qızı
Kəngərli Gülüsüm Həsən qızı
Qayıtxanova Zalikə Nürəddin qızı
Qənbərova Nargilə Əliağa qızı
Orucova Firəngiz Hüseyn qızı
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 may 2017-ci il
Azərbaycan.- 2017.- 2 may.- S. 3.