Təbabətdə Azərbaycan brendi

 

Herba Flora” qədim tibb ənənələrini ən müasir texnologiyalar vasitəsilə yaşadır

 

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstələri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Belə müalicə üsullarının bir çoxu zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaradır. Son zamanlar bitkilərlə müalicə sahəsində bir sıra şirkətlərin fəaliyyəti nəzərə çarpsa da, onların arasında öz sözünü demiş və artıq Azərbaycan brendinə çevrilmişHerba Flora” şirkəti xüsusilə diqqəti cəlb edir.

Ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına böyük diqqətin göstərilməsi, adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması adıçəkilən şirkətin də istehsal gücünü artırmağa imkan yaradıb. Herba Flora” şirkətinin direktoru Fizuli Hüseynov bildirdi ki, Azərbaycandakı yerlixarici sahibkarların qüdrətli hamisi olan Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dönəminə qədəm qoyub və sahibkarlığın inkişafına diqqət daha da artırılıb. Bu gün qarşıda duran ümdə vəzifələrdən biri ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir. Bu məqsədlə “Made in Azerbaijanbrendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınması istiqamətində işlər görülür.

F.Hüseynov söhbət zamanı qeyd etdi ki, 1998-ci il mayın 25-dən “Herba Flora” şirkəti fəaliyyətə başlayıb. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı, xaricdən idxal olunan dərman bitkiləri də var. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir. “Herba Flora” şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 195-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan 77-si müalicəvi bitkilər, 25-i bitki yığıntıları, 46-sı ayrı-ayrı xəstəliklərin profilaktikası və müalicəsində istifadə olunan fitoçaylar, 7-si şərbət, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, 3-ü Fitolosyon, 11-i müalicəvi Fitooil yağları, 6 növdə Fitoton şampunları, Ağrımaz kremi, yeni məhsullarımız olan Fitoton duş gelləri və Fitoton saç balzamlarıdır.

2007-ci ildən dərc olunanHerba Flora” adlı aylıq elmi-kütləvi tibb jurnalının nəşrində məqsəd əhalinin elmi-tibbi biliklərinin artırılmasıdır. Həmçinin əhalinin şirkətə olan müraciətlərinə əsaslanaraq www.herba-flora.com saytında və www.facebook.com/herbaflora.az səhifəsində sual-cavab bölməsi fəaliyyətə başlayıb. Hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan üç Fitoclub fəaliyyət göstərir.

İstehlakçıları yüksək keyfiyyətli dərman bitkiləri və fitoçaylarla, həmçinin bitki ekstraktları ilə təmin etməyi qarşısına məqsəd qoyan, yeni növ məhsulların istehsalı üçün tədqiqatlar aparanHerba Flora” şirkəti ATU-nun Əczaçılıq fakültəsinin, Turizm İnstitutunun tələbə-təcrübə bazasıdır. Həmçinin Tibb Universitetində keçirilən konfransseminarlara təşkilati dəstək göstərir. Herba Flora” şirkəti beynəlxalq İSO 9001:2008 keyfiyyəti idarəetmə sisteminin standartlarına uyğun fəaliyyət göstərir. Şirkət 2009, 2010, 2011, 2012, 2014, 2015-ci illərdə Azərbaycan Beynəlxalq Səhiyyə, Gözəllik və Estetik Tibb sərgilərinin, 2013-cü ildə Gözəllik sərgisinin iştirakçısı olmuş, məhsulları ziyarətçilər tərəfindən maraqla qarşılanmışdır. İstehlakçıları daim məmnun edən “Herba Flora” şirkəti yeni məhsulların da istehsalını davam etdirir.

Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində iştirak etdiklərini deyən şirkət rəhbəri dedi ki, biz istehsalı daha da artırmağı qarşıya məqsəd qoymuşuq. Dövlət başçısının öz dəyərli çıxışında sahibkarlara daim dəstək verəcəyini bildirməsi bizdə daha böyük inam yaratdı. Ölkə rəhbərinin rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə 18 yanvar 2016-cı il tarixdə imzaladığı “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı əhəmiyyətli sənəddir. Hesab edirik ki, adamları öz potensiallarından daha geniş istifadə etməlidirlər.

F.Hüseynov axırda bildirdi ki, ötən müddətdə aparılan uğurlu islahatlar nəticəsində ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunmuş, onun ümumi daxili məhsulda xüsusi çəkisi üstünlük təşkil etmiş, rəqabət qabiliyyətli və ixrac potensialı yüksək olan məhsulların istehsalı genişlənmişdir. Bu çərçivədə əsas vəzifələrdən biri qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla onun ixrac imkanlarını genişləndirməkdir. Ölkə rəhbərinin sahibkarlar üçün yaratdığı bu gözəl imkanlardan maksimum istifadə etməklə “Herba Flora” şirkəti olaraq bizyeni məhsulların istehsalını davam etdirməklə yüksək nailiyyətlər qazanmağı hədəfləmişik.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 2 may.- S. 11.