“Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 3, maddə 208, N 12, maddə 1019; 2007, N 12, maddə 1194; 2008, N 4, maddə 254, N 6, maddə 464, N 7, maddə 602, N 8, maddələr 699, 710; 2009, N 6, maddələr 395, 399, N 11, maddələr 877, 879; 2010, N 7, maddə 579; 2011, N 4, maddə 267, N 6, maddə 465, N 7, maddə 597, N 12, maddə 1109; 2012, N 11, maddələr 1037, 1044; 2013, N 3, maddə 223, N 5, maddə 485, N 6, maddələr 608, 614; 2015, N 5, maddə 494) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.0.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır;”;
1.2. 1.0.9-cu maddədən “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq” sözləri çıxarılsın və həmin maddədə “məcburi dövlət” sözləri “könüllü” sözü ilə əvəz edilsin;
1.3. 1.0.11-ci maddə ləğv edilsin;
1.4. 1.0.12-ci maddədən “əmək pensiyalarının ikinci pilləsi olmaqla,” sözləri çıxarılsın;
1.5. 1.0.13-cü maddədən “əmək pensiyalarının üçüncü pilləsi olmaqla,” sözləri çıxarılsın;
1.6. 1.0.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.16-cı, 1.0.17-ci və 1.0.18-ci maddələr əlavə edilsin:
“1.0.16. idarəetmə xərcləri - məcburi dövlət sosial sığortası, fərdi uçot, əmək pensiyası və digər sosial ödənişlər sisteminin idarə edilməsinə yönəldilən və yuxarı həddi sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 2,5 faizi məbləğində müəyyənləşdirilən xərclərdir. Bu xərclərin təsdiq edilən məbləğdən artıq olan hissəsi və istifadə edilməmiş qalığı sosial sığorta ehtiyatına aid edilir;
1.0.17. sosial sığorta ehtiyatı - sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir;
1.0.18. xüsusi hesab - əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır.”;
1.7. 4.2.1-ci və 4.3.1-ci maddələr ləğv edilsin;
1.8. 4.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir.”;
1.9. 6.1-ci maddə ləğv edilsin;
1.10. 6.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“6.2. Əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir.”;
1.11. Aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:
“Maddə 6-1. Əmək pensiyasının minimum məbləği
Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir.”;
1.12. 7-ci maddənin birinci hissəsində “62” rəqəmləri “63” rəqəmləri ilə, “57” rəqəmləri “60” rəqəmləri ilə, “azı 12” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25” sözləri ilə, mötərizədə “bu Qanunun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilsin;
1.13. 7-ci maddədə “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:
“Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.”;
1.14. 8.1-ci və 8.2-ci maddələrdən “və azı 10 il sığorta stajı olan” sözləri çıxarılsın və həmin maddələrdə “olaraq müəyyən olunmuş” sözləri “şərtlər daxilində” sözləri ilə əvəz edilsin;
1.15. 8.3-cü maddədən “azı 10 il sığorta stajı olduqda” sözləri çıxarılsın və həmin maddədə “olaraq müəyyən olunmuş” sözləri “şərtlər daxilində” sözləri ilə əvəz edilsin;
1.16. 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilsin;
1.17. 9.3-cü maddəyə “15 il sığorta stajı olduqda” sözlərindən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilsin;
1.18. 9.4-cü maddəyə “şəxslərin” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla)” sözləri əlavə edilsin;
1.19. 9.4.1-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilsin;
1.20. 9.4.2-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə, “12 il 6 ayını” sözləri “17 il 6 ayını” sözləri ilə əvəz edilsin;
1.21. 9.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.”;
1.22. 9.7.1-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə “işçiləri” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)” sözləri əlavə edilsin;
1.23. 9.7.2-ci maddənin ikinci abzasında “55” rəqəmləri “60” rəqəmləri ilə, “25” rəqəmləri “30” rəqəmləri ilə, üçüncü abzasında “50” rəqəmləri “55” rəqəmləri ilə, “20” rəqəmləri “25” rəqəmləri ilə, “10 təqvim ilini” sözləri “12 il 6 ayını” sözləri ilə əvəz edilsin;
1.24. 9.7-1-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə “işçilərinin” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya işçiləri istisna olmaqla)” sözləri əlavə edilsin;
1.25. 9.7-2-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə “işçilərin” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)” sözləri əlavə edilsin;
1.26. 10.1-ci maddə ləğv edilsin;
1.27. 10.2-ci maddəyə aşağıdakı məzmunda ikinci bənd əlavə edilsin:
“Bu Qanuna uyğun olaraq təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.”;
1.28. 10.4-cü maddənin ikinci abzasından “BH+” sözləri çıxarılsın və dördüncü abzası ləğv edilsin;
1.29. 12.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“12.1. Əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.”;
1.30. 12.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“12.2. Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir.”;
1.31. 13.1-ci maddə ləğv edilsin;
1.32. 13.2-ci maddədə “184-ə” sözü “192-yə” sözü ilə əvəz edilsin;
1.33. 13.3-cü maddəyə aşağıdakı məzmunda ikinci bənd əlavə edilsin:
“I qrup əlillərə təyin olunmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.”;
1.34. Aşağıdakı məzmunda 13.3-1-ci maddə əlavə edilsin:
“13.3-1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərin fərdi hesabı vardırsa və hesablanan əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən azdırsa həmin məbləğə çatdırılmaqla, fərdi hesabı olmadıqda isə əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğində ödənilir. Bu kateqoriyadan olan şəxslərin bu Qanunun 12.1-ci və 13.3-cü maddələrindəki şərtlər nəzərə alınmaqla fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən böyük məbləğdə əmək pensiyasının hesablanmasına əsas verdikdə, pensiyanın sığorta hissəsi həmin məbləğdə müəyyənləşdirilir.”;
1.35. 13.5-ci maddənin ikinci abzasından “BH+” sözləri çıxarılsın və dördüncü abzası ləğv edilsin;
1.36. 17.2-ci maddənin birinci və ikinci cümlələri aşağıdakı redaksiyada verilsin:
“Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur.”;
1.37. 18.1-ci maddə ləğv edilsin;
1.38. 18.2-ci maddədə “13.3-cü maddəsində” sözləri “13.3-cü və 13.3-1-ci maddələrində” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.”;
1.39. 18.4-cü maddə ləğv edilsin;
1.40. 19-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 19. Əmək pensiyasının sığorta hissəsinə əlavələr
19.1. Əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır:
19.1.1. Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 110 manat, şəhidlərin ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində;
19.1.2. I qrup gözdən əlillərə 110 manat, digər I qrup əlillərə 22 manat məbləğində (2017-ci ilin 1 iyul tarixindən sonra təyin edilən pensiyalara tətbiq olunur);
19.1.3. öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün 5,5 manat məbləğində;
19.1.4. I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində;
19.1.5. siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə 11 manat məbləğində;
19.1.6. döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində;
19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə:
19.1.7.1. I qrup əlillərə 110
manat məbləğində;
19.1.7.2. II qrup əlillərə 77
manat məbləğində;
19.1.7.3. III qrup əlillərə 55 manat
məbləğində;
19.1.8. Böyük Vətən
müharibəsi iştirakçıları və əlillərinə:
19.1.8.1. I qrup əlillərə 154
manat məbləğində;
19.1.8.2. II qrup əlillərə 121
manat məbləğində;
19.1.8.3. III qrup əlillərə və
əlil olmayan müharibə iştirakçılarına 99
manat məbləğində.
19.2. Əmək kitabçasında
müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə
elmi-tədqiqat və ya təhsil müəssisələrində
azı 25 il çalışmış elmi dərəcəsi
olan işləməyən əmək
pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən
qulluq stajına görə əmək pensiyasına əlavələr
təyin edilmiş əmək pensiyaçıları istisna
olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər
doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə
doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində
əlavə hesablanır.
19.3. Bu Qanunun 19.1.6-19.1.8-si maddələrində
nəzərdə tutulmuş əlavələrdən əmək
pensiyaçısına yalnız biri - daha yüksəyi
verilir.”;
1.41. 20.1.1-ci maddədə “əlil
olmuş” sözləri “I qrup əlil olmuş və deputat kimi
azı səlahiyyət müddətinin yarısı qədər
sığorta stajı olan” sözləri ilə əvəz
edilsin;
1.42. 20.1.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“20.1.3. əmək
pensiyası yaşına çatmış və ya bu yaşa
çatanadək I qrup əlil olmuş Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının və
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü kimi azı səlahiyyət
müddətinin yarısı qədər sığorta
stajı olan sabiq Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının və Naxçıvan Muxtar
Respublikası Mərkəzi Seçki Komissiyasının
üzvləri;”;
1.43. 20.1.3-1-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“20.1.3-1. Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının üzvü və sabiq
üzvü, Naxçıvan Muxtar Respublikasının Mərkəzi
Seçki Komissiyasının üzvü və sabiq
üzvü vəfat etdikdə, onun ailə
başçısını itirməyə görə əmək
pensiyası almaq hüququ olan ailə üzvləri;”;
1.44. 20.1.4-cü maddədə “əlil”
sözü “I qrup əlil” sözləri ilə əvəz
edilsin;
1.45. 20.1.5-1-ci maddədə “əlil”
sözü “I qrup əlil” sözləri ilə əvəz
edilsin və həmin maddəyə “işçiləri”
sözündən sonra “(xüsusi rütbələrdən məhrum
edilmiş prokurorluq işçiləri istisna olmaqla)” sözləri
əlavə edilsin;
1.46. 20.1.6-cı maddə
aşağıdakı redaksiyada verilsin:
“20.1.6. əmək pensiyası
yaşına çatmış və ya bu yaşa çatanadək
I qrup əlil olmuş Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və
Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman) kimi
azı səlahiyyət müddətinin yarısı qədər
sığorta stajı olan sabiq Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) və Naxçıvan Muxtar
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman);”;
1.47. Aşağıdakı məzmunda
20.1.6-1-ci maddə əlavə edilsin:
“20.1.6-1. Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) və sabiq müvəkkili,
Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman) və
sabiq müvəkkili (ombudsman) vəfat etdikdə, onun ailə
başçısını itirməyə görə əmək
pensiyası almaq hüququ olan ailə üzvləri;”;
1.48. 20.1.7-ci maddənin əvvəlinə
“əmək pensiyası yaşına çatmış və
ya bu yaşa çatanadək I qrup əlil olmuş” sözləri
əlavə edilsin;
1.49. 20.1.9-cu maddə
aşağıdakı redaksiyada verilsin:
“20.1.9. əmək pensiyası
yaşına çatmış və ya bu yaşa çatanadək
I qrup əlil olmuş sabiq Azərbaycan Respublikasının
Baş naziri və Baş nazirinin müavinləri,
Naxçıvan Muxtar Respublikasının Baş naziri və
Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi
icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin
müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi
icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin
müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri
(başçısı), Milli Televiziya və Radio
Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya
və Radio Şurasının üzvləri;”;
1.50. 20.1.12-ci maddəyə
“qulluqçular” sözündən sonra “(müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)”
sözləri əlavə edilsin;
1.51. 20.1.13-cü maddəyə “şəxslər”
sözündən sonra “(müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçuları istisna olmaqla)” sözləri əlavə
edilsin;
1.52. 20.1.14-cü maddədə “əlil”
sözü “I qrup əlil” sözləri ilə əvəz
edilsin və həmin maddəyə “işçiləri”
sözündən sonra “(xüsusi rütbələrdən məhrum
edilmiş ədliyyə işçiləri istisna olmaqla)”
sözləri əlavə edilsin;
1.53. 20.1.16-cı maddədə “əlil
olmuş” sözləri “I qrup əlil olmuş və Azərbaycan
Respublikası Hesablama Palatasının üzvü kimi azı
səlahiyyət müddətinin yarısı qədər
sığorta stajı olan Azərbaycan Respublikası” sözləri
ilə əvəz edilsin;
1.54. 20.1.18-ci maddədə “əlil”
sözü “I qrup əlil” sözləri ilə əvəz
edilsin və həmin maddəyə “işçiləri”
sözündən sonra “(xüsusi rütbələrdən məhrum
edilmiş miqrasiya orqanları işçiləri istisna
olmaqla)” sözləri əlavə edilsin;
1.55. 20.1.20-ci maddədə “əlil”
sözü “I qrup əlil” sözləri ilə əvəz
edilsin və həmin maddəyə “işçiləri”
sözündən sonra “(xüsusi rütbələrdən məhrum
edilmiş fövqəladə hallar orqanlarının
işçiləri istisna olmaqla)” sözləri əlavə
edilsin;
1.56. 20.2-ci maddəyə “əmək
pensiyasına” sözlərindən sonra “səlahiyyət
müddətində tam fəaliyyət dövrünə
görə (fəaliyyət dövrü tam olmadıqda isə
natamam fəaliyyət dövründəki iş stajı
aylarının sayına mütənasib olaraq hesablanmaqla)”
sözləri əlavə edilsin;
1.57. 20.3-cü maddədə “əlil”
sözü “I qrup əlil” sözləri ilə əvəz
edilsin;
1.58. 20.4-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“20.4. Bu Qanunun 20.1.2-ci maddəsində
nəzərdə tutulmuş şəxslərə vəfat
etmiş deputatın almalı olduğu və ya
pensiyaçı kimi aldığı əmək pensiyası
və əmək pensiyasına əlavənin 80 faizi
miqdarının ailə üzvlərinin sayına olan nisbəti
şəklində müəyyən edilmiş məbləğlə
bu Qanunla təyin edilən ailə
başçısını itirməyə görə əmək
pensiyasının məbləği arasındakı fərq qədər
əmək pensiyasına əlavə ödənilir.”;
1.59. 20.5-ci maddə ləğv
edilsin;
1.60. 20.6-1-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“20.6-1. Bu Qanunun 20.1.3-1-ci maddəsində
nəzərdə tutulmuş şəxslərə vəfat
etmiş Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının və Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının üzvünün
almalı olduğu və ya pensiyaçı kimi
aldığı əmək pensiyası və əmək
pensiyasına əlavənin 80 faizi miqdarının ailə
üzvlərinin sayına olan nisbəti şəklində
müəyyən edilmiş məbləğlə bu Qanunla təyin
edilən ailə başçısını itirməyə
görə əmək pensiyasının məbləği
arasındakı fərq qədər əmək pensiyasına əlavə
ödənilir.”;
1.61. 20.7-ci maddədə “əməkhaqqındakı
sonrakı artımlar da nəzərə alınmaqla” sözləri
“əlavələr hakim vəzifəsindəki fəaliyyətin
son 24 ayı və ya istənilən ardıcıl gələn
60 ayı ərzindəki əməkhaqqının orta
aylıq məbləğindən, əməkhaqqındakı
sonrakı artımlar da nəzərə alınmaqla,
aşağıdakı qaydada müəyyən edilir” sözləri
ilə əvəz edilsin;
1.62. 20.7.1-ci və 20.7.2-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
“20.7.1. 15 il hakim işləmiş
sabiq hakimlərə - hakim vəzifəsində
aldıqları orta aylıq əməkhaqqının 50 faizi
miqdarında;
20.7.2. 15 ildən yuxarı hakim
işləmiş sabiq hakimlərə - hakim vəzifəsində
aldıqları orta aylıq əməkhaqqının 50 faizi
miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər
ili (il tam olmadıqda isə natamam ildəki iş stajı
aylarının sayına mütənasib olaraq hesablanmaqla)
üçün həmin orta aylıq əməkhaqqının
3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta
aylıq əməkhaqqının 80 faizi miqdarından
çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə
bu Qanunla təyin edilən əmək pensiyasının məbləği
arasındakı fərq qədər əlavə ödənilir.”;
1.63. 20.7.3-cü maddə ləğv
edilsin;
1.64. 20.8.1-ci və 20.8.2-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
“20.8.1. prokurorluq
orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə
- orta aylıq əməkhaqqının 50 faizi miqdarında;
20.8.2. prokurorluq orqanlarında 15 ildən
yuxarı qulluq etmiş prokurorluq işçilərinə -
orta aylıq əməkhaqqının 50 faizi miqdarında və
15 ildən yuxarı prokurorluq işçisi stajının hər
ili (il tam olmadıqda isə natamam ildəki iş stajı
aylarının sayına mütənasib olaraq hesablanmaqla)
üçün həmin orta aylıq əməkhaqqının
3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta
aylıq əməkhaqqının 80 faizi miqdarından
çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə
bu Qanunla təyin edilən əmək pensiyasının məbləği
arasındakı fərq qədər əlavə ödənilir.”;
1.65. 20.8.3-cü maddə ləğv
edilsin;
1.66. 20.9-cu maddədə “vəzifə
maaşının” sözləri “əməkhaqqının”
sözləri ilə əvəz edilsin;
1.67. Aşağıdakı məzmunda
20.9-1-ci maddə əlavə edilsin:
“20.9-1. Bu Qanunun 20.1.6-1-ci maddəsində
nəzərdə tutulmuş şəxslərə vəfat
etmiş Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın),
Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
almalı olduğu və ya pensiyaçı kimi
aldığı əmək pensiyası və əmək
pensiyasına əlavənin 80 faizi miqdarının ailə
üzvlərinin sayına olan nisbəti şəklində
müəyyən edilmiş məbləğlə bu Qanunla təyin
edilən ailə başçısını itirməyə
görə əmək pensiyasının məbləği
arasındakı fərq qədər əmək pensiyasına əlavə
ödənilir.”;
1.68. 20.10-cu maddədə
“20.1.1-20.1.2-ci maddələrində” sözləri “20.1.1-ci
maddəsində” sözləri ilə əvəz edilsin;
1.69. 20.11.1-ci və 20.11.2-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
“20.11.1. dövlət
qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə
- dövlət məvacibinin orta aylıq məbləğinin
50 faizi miqdarında;
20.11.2. dövlət qulluğu vəzifəsində
15 ildən yuxarı qulluq stajı olan şəxsə -
dövlət məvacibinin orta aylıq məbləğinin 50
faizi miqdarında və 15 ildən yuxarı qulluq
stajının hər ili (il tam olmadıqda isə natamam ildəki
iş stajı aylarının sayına mütənasib olaraq
hesablanmaqla) üçün dövlət məvacibinin orta
aylıq məbləğinin 3 faizi miqdarında əlavə
olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin
80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən
olunan məbləğlə bu Qanunla təyin edilən əmək
pensiyasının məbləği arasındakı fərq qədər
əlavə ödənilir.”;
1.70. 20.11.3-cü maddə ləğv
edilsin;
1.71. 20.14.1-ci maddədə “hər
ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam
ildəki iş stajı aylarının sayına mütənasib
olaraq hesablanmaqla)” sözləri əlavə edilsin və “3
faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti
orqanı sistemində xidmət edən şəxslər
üzrə isə - 3 faizi)” sözləri ilə əvəz
edilsin;
1.72. 20.14.2-ci maddəyə “hər
ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam
ildəki iş stajı aylarının sayına mütənasib
olaraq hesablanmaqla)” sözləri əlavə edilsin;
1.73. 20.14.3-cü maddəyə “hər
ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam
ildəki iş stajı aylarının sayına mütənasib
olaraq hesablanmaqla)” sözləri əlavə edilsin;
1.74. 20.14.4-cü maddədə “hər
ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam
ildəki iş stajı aylarının sayına mütənasib
olaraq hesablanmaqla)” sözləri əlavə edilsin və “3
faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti
orqanı sistemində xidmət edən şəxslər
üzrə isə - 3 faizi)” sözləri ilə əvəz
edilsin;
1.75. 20.17.1-ci maddəyə “məbləğində”
sözündən sonra “(ailəyə düşən
ümumi məbləğ ailə
başçısının təminat xərcliyinin 80 faizindən
az olduqda həmin məbləğə
çatdırılmaqla)” sözləri əlavə edilsin;
1.76. 20.17.2-ci maddəyə
“miqdarı ilə” sözlərindən sonra “(ailəyə
düşən ümumi məbləğ ailə
başçısının təminat xərcliyinin 80 faizindən
az olduqda həmin məbləğə
çatdırılmaqla)” sözləri əlavə edilsin;
1.77. 20.19.1-ci və 20.19.2-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
“20.19.1. ədliyyə
orqanlarında xüsusi rütbələr nəzərdə
tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə
işçilərinə - orta aylıq əməkhaqqının
50 faizi miqdarında;
20.19.2. ədliyyə orqanlarında
xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə
15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə
- orta aylıq əməkhaqqının 50 faizi miqdarında və
15 ildən yuxarı qulluq stajının hər ili (il tam
olmadıqda isə natamam ildəki iş stajı
aylarının sayına mütənasib olaraq hesablanmaqla)
üçün həmin orta aylıq əməkhaqqının
3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta
aylıq əməkhaqqının 80 faizi miqdarından
çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə
bu Qanunla təyin edilən əmək pensiyasının məbləği
arasındakı fərq qədər əlavə ödənilir.”;
1.78. 20.19.3-cü maddə ləğv
edilsin;
1.79. 20.21-ci maddəyə “əmək
pensiyasına” sözlərindən sonra “səlahiyyət
müddətində tam fəaliyyət dövrünə
görə (fəaliyyət dövrü tam olmadıqda isə
natamam fəaliyyət dövründəki iş stajı
aylarının sayına mütənasib olaraq hesablanmaqla)”
sözləri əlavə edilsin;
1.80. 20.22-ci maddədə “əlil”
sözü “I qrup əlil” sözləri ilə əvəz
edilsin;
1.81. 20.23-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“20.23. Bu Qanunun 20.1.17-ci maddəsində
nəzərdə tutulmuş şəxslərə vəfat
etmiş Azərbaycan Respublikası Hesablama Palatasının
üzvünün almalı olduğu və ya pensiyaçı
kimi aldığı əmək pensiyası və əmək
pensiyasına əlavənin 80 faizi miqdarının ailə
üzvlərinin sayına olan nisbəti şəklində
müəyyən edilmiş məbləğlə bu Qanunla təyin
edilən ailə başçısını itirməyə
görə əmək pensiyasının məbləği
arasındakı fərq qədər əmək pensiyasına əlavə
ödənilir.”;
1.82. 20.24-cü maddə ləğv
edilsin;
1.83. 20.25-ci maddədə “20.1.16 və
20.1.17-ci maddələrində” sözləri “20.1.16-cı maddəsində”
sözləri ilə əvəz edilsin;
1.84. 20.26.1-ci və 20.26.2-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
“20.26.1. miqrasiya
orqanlarında xüsusi rütbələr nəzərdə
tutulan vəzifələrdə 15 il qulluq etmiş miqrasiya
orqanları işçilərinə - orta aylıq əməkhaqqının
50 faizi miqdarında;
20.26.2. miqrasiya orqanlarında
xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə
15 ildən yuxarı qulluq etmiş miqrasiya orqanları
işçilərinə - orta aylıq əməkhaqqının
50 faizi miqdarında və 15 ildən yuxarı qulluq
stajının hər ili (il tam olmadıqda isə natamam ildəki
iş stajı aylarının sayına mütənasib olaraq
hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının
3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta
aylıq əməkhaqqının 80 faizi miqdarından
çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə
bu Qanunla təyin edilən əmək pensiyasının məbləği
arasındakı fərq qədər əlavə ödənilir.”;
1.85. 20.26.3-cü maddə ləğv
edilsin;
1.86. 20.28.1-ci və 20.28.2-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
“20.28.1. fövqəladə
hallar orqanlarında xüsusi rütbələr nəzərdə
tutulan vəzifələrdə 15 il xidmət keçmiş
fövqəladə hallar orqanları işçilərinə
- orta aylıq əməkhaqqının 50 faizi miqdarında;
20.28.2. fövqəladə hallar
orqanlarında xüsusi rütbələr nəzərdə tutulan
vəzifələrdə 15 ildən yuxarı xidmət
keçmiş fövqəladə hallar orqanları
işçilərinə - orta aylıq əməkhaqqının
50 faizi miqdarında və 15 ildən yuxarı xidmət
stajının hər ili (il tam olmadıqda isə natamam ildəki
iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)
üçün həmin orta aylıq əməkhaqqının
3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta
aylıq əməkhaqqının 80 faizi miqdarından
çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə
bu Qanunla təyin edilən əmək pensiyasının məbləği
arasındakı fərq qədər əlavə ödənilir.”;
1.87. 20.28.3-cü maddə ləğv
edilsin;
1.88. 26-cı maddə
aşağıdakı redaksiyada verilsin:
“Maddə 26. 2017-ci il
iyulun 1-dək təyin edilmiş əmək pensiyasının
yenidən hesablanması
26.1. 2017-ci il
iyulun 1-dək təyin edilmiş əmək pensiyasının
baza və sığorta hissəsinin cəmi məbləği
dəyişdirilmədən əmək pensiyasının
sığorta hissəsinə şərti çevrilməsi
aparılır.
26.2. 2017-ci il
iyulun 1-dək təyin edilmiş əmək pensiyasının
baza hissəsinə əlavələr dəyişdirilmədən
bu Qanunun 19-cu maddəsinə uyğun əmək
pensiyasının sığorta hissəsinə əlavələr
kimi nəzərə alınır.
26.3. 2017-ci il
iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə
tutulmuş şəxslərə təyin edilmiş əmək
pensiyasının ümumi məbləği 2017-ci il
yanvarın 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin
şəxslərin əmək pensiyasına qulluq stajına
görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə
uyğun olaraq indeksləşdirilmə və sonrakı
artımlar nəzərə alınmaqla yenidən
hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.”;
1.89. 27-ci maddənin adında “Qanunun
qüvvəyə mindiyi günədək
qazanılmış” sözləri “Qazanılmış”
sözü ilə əvəz edilsin;
1.90. 27.1-ci maddənin birinci cümləsində
“Bu Qanunun qüvvəyə mindiyi günədək
sığortaolunanların” sözləri
“Sığortaolunanların (əmək pensiyası təyin
olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə,
ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi
ilə əvəz edilsin və həmin maddəyə
aşağıdakı məzmunda üçüncü
cümlə əlavə edilsin:
“Sığortaolunanların, o cümlədən
işləyən əmək pensiyaçılarının
2006-cı il 1 iyul tarixindən 2017-ci il 1 iyul tarixinədək
olan dövr üzrə fərdi hesabının sığorta
hissəsində toplanan və istifadə olunmamış (əmək
pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə
alınmamış) pensiya kapitalı 80% artırılmaqla,
2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində
qeydə alınır.”;
1.91. 27.2-ci və 27.3-cü maddələr
ləğv edilsin.
1.92. 29-cu maddə
aşağıdakı redaksiyada verilsin:
“Maddə 29. Əmək pensiyalarının
indeksləşdirilməsi
29.1. Əmək pensiyasının
sığorta hissəsi və fərdi hesabın
sığorta hissəsində qeydə alınan pensiya
kapitalı ildə bir dəfə ölkə üzrə orta
aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən illik
artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanının qərarına əsasən indeksləşdirilir.
29.2. 2017-ci il
iyulun 1-dən əmək pensiyasına çıxmış
bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş
şəxslərin əmək pensiyasının
sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə
uyğun olaraq artırıldıqda və ya yenidən
hesablandıqda, qulluq stajına görə əmək
pensiyasına əlavələrin məbləği həmin
artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr
üzrə aylıq əməkhaqqı (əməkhaqqı,
dövlət məvacibi, təminat xərcliyi) sonradan
artırıldıqda, bu artımlar nəzərə
alınmaqla, qulluq stajına görə əmək
pensiyasına əlavələr yenidən hesablanır.
29.3. Əmək pensiyasının
indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə
müəyyən edilmiş əmək pensiyasının
ödənişinin maliyyə mənbələrinə
uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər
dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.”;
1.93. 31.1-ci maddədən “heç
bir müddət məhdudiyyəti olmadan” sözləri
çıxarılsın;
1.94. 32.1-ci maddədən “əmək
pensiyası hüququnun yarandığı gündən, lakin
bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla”
sözləri çıxarılsın;
1.95. Aşağıdakı məzmunda
32.1-1-ci maddə əlavə edilsin:
“32.1-1. Əmək pensiyaları onu
almaq hüququ yarandığı gündən, lakin bu Qanunun
qüvvəyə mindiyi gündən tez olmamaqla və
müraciət edilən tarixdən əvvəlki ən
çoxu üç il üçün ödənilməklə,
bu maddədə müəyyən edilmiş müddətlərə
təyin edilir.”;
1.96. 32.2-ci maddədən “əlilliyin
və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun
müəyyən olunduğu gündən” və
“bütün” və “və ya sağlamlıq
imkanlarının məhdudluğu” sözləri
çıxarılsın;
1.97. 32.3-cü maddədən “ailə
başçısını itirməyə görə əmək
pensiyası hüququnun yarandığı gündən”
sözləri çıxarılsın;
1.98. 37.3.1-ci maddənin birinci cümləsindən
“baza və” sözləri çıxarılsın, ikinci
cümləsinə “keçdikdə” sözündən sonra
“, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və
daha çox işlədikdə” sözləri və həmin
maddəyə aşağıdakı məzmunda
üçüncü cümlə əlavə edilsin:
“. Sonrakı belə hesablamalar bu maddədə
göstərilən şərt nəzərə alınmaqla hər
növbəti 6 ildən bir həyata keçirilir”;
1.99. 37.3.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“37.3.2. əlilliyə
görə əmək pensiyasının pensiya təyin olunan
günədək qazanılmış məbləği tam
ödənilir. Əlilliyə görə pensiya təyin
edilmiş şəxs işləməkdə davam edərsə,
onun pensiya təyin olunduqdan işləməyən əmək
pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək
olan dövr üzrə toplanan pensiya kapitalına və həmin
kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb
olunan sığorta stajına əsasən bu Qanunun 13-cü
maddəsinə uyğun olaraq əmək pensiyasının
sığorta hissəsi yenidən hesablanır;”;
1.100. 37.3.4-cü maddənin birinci
cümləsində “20.1.1-20.1.10-cu və
20.1.14-cü-20.1.21-ci” sözləri “20.1.1-20.1.21-ci” sözləri
ilə əvəz edilsin və həmin cümlədən “,
digər hallarda isə tam məbləğdə” sözləri
çıxarılsın, ikinci cümləsində birinci
mötərizədə “25” rəqəmləri “35” rəqəmləri
ilə əvəz edilsin, ikinci mötərizədən
“20.1.3-1-ci maddəsində göstərilən şəxslər
həmin maddədə sadalanan vəzifələrdə,”
sözləri çıxarılsın və həmin mötərizəyə
“20.1.9-cu maddəsində göstərilən şəxslər
həmin maddədə sadalanan vəzifələrdə,”
sözlərindən sonra “20.1.11-ci maddəsində göstərilən
şəxslər həmin maddədə sadalanan vəzifələrdə,
20.1.12-ci maddəsində göstərilən şəxslər
həmin maddədə sadalanan vəzifələrdə,”
sözləri əlavə edilsin;
1.101. 37.3.5-ci maddə ləğv
edilsin;
1.102. 37.3-cü maddənin sonuna
aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə
edilsin:
“Qeyd. 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur.”;
1.103. 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin;
1.104. 42.2-ci maddədə “yaşa görə əmək pensiyasının baza hissəsinin” sözləri “əmək pensiyasının minimum məbləğinin” sözləri ilə əvəz edilsin.
1.105. 43.2-ci maddə ləğv edilsin;
1.106. 44-cü maddə ləğv edilsin;
1.107. 45-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”.
Maddə 2. Bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 mart 2017-ci il
Azərbaycan.-
2017.-3 may.- S.3.