Albaniya Respublikasının yeni seçilmiş Prezidenti
Zati-aliləri cənab İlir Metaya
Hörmətli cənab Meta,
Albaniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 may 2017-ci il.
Azərbaycan.-
2017.- 2 may.- S. 3.