İsrail Dövlətinin
Prezidenti Zati-aliləri
cənab Reuven Rivlinə
Hörmətli cənab
Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizə
və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq
münasibətləri xalqlarımızın
mənafelərinə uyğun
olaraq bundan sonra da inkişaf
edəcək və möhkəmlənəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost İsrail xalqına
əmin-amanlıq və
firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 28 aprel 2017-ci il.
Azərbaycan.-
2017.- 2 may.- S. 3.