Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

 

Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramıKonstitusiya Günü münasibətilə Sizi bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Strateji tərəfdaş olan ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Polşa xalqına daim sülh rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 may 2017-ci il.

 

Azərbaycan.- 2017.-3 may.- S.2.