Cibuti Milli Assambleyasının sədri
Azərbaycana səfərə gəlib
Cibuti Milli Assambleyasının sədri Mohamed Əli Humədin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 2-də Azərbaycana rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər
verir ki, hər iki ölkənin
dövlət bayraqlarının
dalğalandığı Heydər
Əliyev Beynəlxalq
Aeroportunda Cibuti Milli Assambleyasının sədri Mohamed Əli Humədi Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.
Mohamed Əli Humədin aeroportda jurnalistlərə müsahibəsində bildirib ki, səfərinin məqsədi parlamentlərarası əlaqələrin möhkəmlənməsi, ikitərəfli qarşılıqlı münasibətlərin inkişafı, xalqlarımız arasında əlaqələrin yaranmasını təmin etməkdir. O, deyib: “Cibuti ilə Azərbaycan arasında parlamentlərarası dostluq qrupu yaradılıb. Cibuti parlamenti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini qınayan qətnamə qəbul edib”.
Mohamed Əli Humədi səfərinin uğurlu olacağına əminliyini bildirib.
AZƏRTAC
Azərbaycan.- 2017.-3 may.- S.2.