Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu arasında memorandum imzalanıb

 

Mayın 2-də Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu - Millətin Lideri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Qazaxıstan Respublikasının Birinci Prezident Fondunun - Millətin Liderinin icraçı direktoru Kanat Cumabayev imzalayıblar.

Memorandum sosial, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığı əhatə edəcək.

İmzalanma mərasimində, həmçinin Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu - Millətin Lideri arasına əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Bildirilib ki, bu əməkdaşlıq Azərbaycan Qazaxıstan xalqları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək, qarşılıqlı anlaşma etimadın dərinləşməsinə töhfə verəcək. Qeyd edilib ki, gələcəkdə həm Heydər Əliyev Fondu, həm Qazaxıstanın Birinci Prezident Fondu arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində işlər görüləcək, uğurlu layihələrə imza atılacaq.

Hər iki fondun fəaliyyəti ümumilikdə eyni sahələri əhatə etdiyinə görə gələcəkdə birgə beynəlxalq layihələrin reallaşdırılmasına nail olunacağı vurğulanıb.

Daha sonra Qazaxıstan nümayəndə heyəti Heydər Əliyev Mərkəzindəki sərgi zalları Heydər Əliyev Muzeyi ilə tanış olub.

Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edəcək, burada Fond tərəfindən həyata keçirilən layihələrlə tanış olacaqlar.

 

Azərbaycan.- 2017.- 3 may.- S.10.