Bakıda “Bir günəşin zərrəsiyik”
mövzusunda ikinci beynəlxalq
şagird konfransı keçirilir
Mayın 2-də Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi
Elmi Kitabxanasında Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə
və “İslam Həmrəyliyi İli”nə
həsr edilən “Bir günəşin zərrəsiyik” mövzusunda
ikinci beynəlxalq şagird konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər
verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri
xiyabana gələrək
müasir müstəqil
dövlətimizin memarı
və qurucusu, xalqımızın ümummilli
lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib,
məzarı önünə
güllər düzüblər.
Tədbirdə Azərbaycanın
bütün bölgələrindən
– Bakı, Sumqayıt,
Gəncə, Naxçıvan,
Şirvan, Şamaxı,
İsmayıllı, Zaqatala,
Xocavənd, Ağdaş,
Abşeron, Cəbrayıl,
Qəbələ, Oğuz,
Şəmkir və Astaradan məktəblilər
iştirak edirlər. Konfransa, həmçinin Türkiyə,
Rusiya, Gürcüstan,
İsrail, Misir, Ukrayna və Türkmənistandan da məktəblilər qatılıblar.
Tədbirdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov ümummilli lider Heydər Əliyevin Azərbaycanda gənc nəslin inkişafındakı
xidmətlərindən danışıb,
Ulu Öndərin məktəblilərə qayğısından
və sevgisindən söhbət açıb. Azərbaycanın
multikulturalizmin, mədəniyyətlərarası
və sivilizasiyalararası
dialoqun qurulmasına, İslam dəyərlərinin
dünyada təbliğinə
böyük töhfələr
verdiyini diqqətə
çatdıran icraçı
direktor dövlətimizin
başçısının 2017-ci ili “İslam
Həmrəyliyi İli”
elan etməsinin də təsadüfi olmadığını vurğulayıb.
Qeyd edilib ki, Bilik
Fondu bu istiqamətdə ölkə
daxilində və xaricdə silsilə maarifləndirici tədbirlər
həyata keçirir. İkinci beynəlxalq
şagird konfransı da bu silsilədəndir.
Tədbir barədə məlumat
verən O.Səmədov
bildirib ki, şagirdlərin birinci beynəlxalq konfransından
fərqli olaraq builki tədbirdə şagirdlərin məruzələri
toplu şəklində
çap edilərək
onlara paylanılıb.
Konfransa ölkəmizin 17 bölgəsindən
70-dək məktəbli, ümumilikdə
isə 81 iştirakçı
qatılıb. Tədbirə Azərbaycan dilində 52, ingilis dilində 10, rus dilində 16, türk dilində bir məqalə təqdim olunub.
Dövlət tərəfindən
təhsilin inkişafına
göstərilən diqqət
və qayğısından,
bu sahədə aparılan islahatlardan, gənclərin təlim-tərbiyəsi
istiqamətində görülən
işlərdən söz
açan O.Səmədov
Bilik Fondunun Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə silsilə tədbirlər həyata keçirdiyini deyib. Rəhbərlik etdiyi qurumun fəaliyyətindən
danışan O.Səmədov
fond tərəfindən hazırda
beş proqram
üzrə 21 layihənin
həyata keçirildiyini
söyləyib. Diqqətə çatdırılıb ki,
fondun regionlarımızda
altı Bilik Evi fəaliyyət göstərir.
Məktəblilərin elmə
həvəslərinin artırılması
baxımdan konfransın
əhəmiyyətini qeyd
edən AMEA-nın Fəlsəfə İnstitutunun
direktoru, professor İlham
Məmmədzadə vurğulayıb
ki, tədbir şagirdlərin alimlərlə
birbaşa ünsiyyətdə
olmalarına şərait
yaradır. Buna görə də bu cür konfransların
ənənə halını
alması çox vacibdir.
İ.Məmmədzadə diqqətə
çatdırıb ki,
2017-ci ilin Azərbaycanda
“İslam Həmrəyliyi
İli” elan edilməsini “Multikulturalizm
İli”nin məntiqi davamı hesab etmək olar. Müxtəlif dinlərin və
millətlərin nümayəndələrinin
ölkəmizdə sülh,
qarşılıqlı hörmət
və həmrəylik
şəraitində yaşadıqlarını
deyən alim respublikamızda etnik zəmində hər hansı insidentin baş vermədiyini xüsusi vurğulayıb.
Tədbirdə iştirakından məmnunluğunu
bildirən Rumıniyanın
Yassı Dövlət
Universitetinin professoru,
filologiya elmləri doktoru Lyudmila Bejenaru bildirib ki, konfransda
bir sıra beynəlxalq müsabiqələrin
qalibi olan şagirdlər iştirak edirlər. O, konfransın müxtəlif ölkələrin
istedadlı şagirdlərinin
bir araya gəlmələri, dünyagörüşlərinin
artırılması baxımından
böyük əhəmiyyət
daşıdığını deyib. Qeyd olunub
ki, son zamanlar Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlərə
ev sahibliyi
edir. Belə ki, “Eurovision-2012” mahnı müsabiqəsinin, “Bakı-2015” ilk Avropa Oyunlarının,
Formula-1 yarışlarının Azərbaycanda təşkili
bu ölkənin dünyada multikultural məkan kimi tanıdır. Azərbaycanda multikulturalizm siyasətinin
dövlət səviyyəsində
uğurla həyata keçirilməsi onun dünyada multikultural ölkə kimi tanınmasına xidmət
edir.
Sonra Azərbaycan, Türkiyə, Gürcüstan,
Rusiya və digər ölkələrdən
olan məktəblilər
çıxış edərək
bu cür konfransların onların həyatında mühüm
rol oynadığını
vurğulayıb, tədbirin
təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Konfrans çərçivəsində
Bakı şəhəri
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Xətai rayonu Heydər Əliyev adına lisey, Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey, Zaqatala rayonu akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü
lisey, Moskva şəhəri 1273 nömrəli
ingilis dili təmayüllü məktəb,
Ankara şəhəri Heydər
Əliyev İlk okulu, Tbilisi şəhər
64 nömrəli orta məktəb arasında “Qardaşlaşma sazişi”
imzalanıb. Məktəblilər başqa ölkələrdə
yaşamalarından, dillərinin
müxtəlifliyindən asılı
olmayaraq, dostluqlarının
möhkəm və sarsılmaz qalacağına
əminliklərini bildiriblər.
Konfrans işini
beş bölmədə
davam etdirib. Bölmə iclaslarında məktəblilərin
məruzələri dinlənilib,
müzakirələr aparılıb.
Şagirdlərə Bilik Fondunun
sertifikatları, hədiyyələr
və konfrans materiallarının dərc
olunduğu toplu təqdim edilib.
Tədbir Dövlət Uşaq Filarmoniyasının hazırladığı
konsert proqramı ilə davam etdirilib. Məktəblilər yaşıdlarının
ifasında müxtəlif xalqların rəqslərini izləyib
və musiqilərini dinləyiblər.
Azərbaycan.-
2017.-3 may.- S.12.