Əsgər Goraninin anadan olmasından 160 il keçir

 

May ayının 3-də ictimai fikir tariximizin görkəmli nümayəndələrindən biri - yazıçı, jurnalist, dramaturq, tərcüməçi, xeyriyyəçi Əsgər ağa Adıgözəlov Goraninin anadan olmasının 160 ili tamam olur.

Azərbaycan teatrının yaradıcılarından olmuş Əsgər ağa 1873-cü il mart ayının  10-da Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakı realnı məktəbinin yuxarı sinif şagirdlərinin iştirakı ilə tamaşaya qoyulan M.F.AxundzadəninHekayəti vəziri xani Lənkəranpyesində Teymur ağa rolunu oynamışdır.  Həmin gün Azərbaycan professional teatrının yaranma tarixi kimi ölkəmizdə hər il qeyd olunur. 1873-cü il aprelin 17-də isə müəllifinHacı Qarapyesi tamaşaya qoyulmuş Əsgər ağa Adıgözəlov bu tamaşada ilk dəfə olaraq Hacı Qara rolunda çıxış etmişdir.  Qocalıqda yorğalıqpyesinin Qara yelromanının müəllifi olan  Əsgər ağa Adıgözəlov Gorani həmçinin ilk tərcüməçilərimizdən biridir. M.LermontovunYel gəmisiəsərini ilk dəfə  dilimizə tərcümə edən Ə.Gorani  eyni zamanda Azərbaycan dilində ilk coğrafiya dərsliyinin tərtibatçısı olmuşdur.

Əsgər ağa Adıgözəlov məşhurQarabağnaməəsərinin müəllifi Mirzə Adıgözəl bəyin nəvəsidir. Mirzə Adıgözəl bəy sonralar Gəncə bələdiyyəsinin sədri olmuş Əsgər Adıgözəlovla birlikdə dahi Nizaminin məqbərəsini təmir etdirmişdir. 40 ilə yaxın Gəncədə Tiflisdə hüquq-mühafizə orqanlarında işləmiş Əsgər ağa 1906-1910-cu illərdə Gəncə şəhər bələdiyyəsinin rəisi olarkən şəhərdə abadlıq işləri aparmış, Gəncəçayın sahilində gözəl bir park saldırmış, buraya Fransada istehsal edilmiş çıraqlar gətirtmişdir. Bu dövrdə o, öz vəsaiti hesabına 2 qız məktəbi 2 xəstəxana açmış, onlarla azərbaycanlı tələbəni oxutdurmuşdur.

1910-cu ildə Gəncədə vəfat etmiş Əsgər ağa Adıgözəlov Goraninin böyük nəsil şəcərəsində tanınmış elm adamları, incəsənət xadimləri, həkimlər var. Azərbaycan Respublikasının xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov isə Əsgər ağa Adıgözəlov Goraninin nəticəsidir.

 

Gülhüseyn  KAZIMLI

 

Azərbaycan.- 2017.- 3 may.- S.12.