“Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 564; 2001, ¹ 5, maddə 298, ¹ 11, maddələr 676, 698; 2002, ¹ 1, maddə 9, ¹ 8, maddə 463; 2003, ¹ 8, maddə 424; 2004, ¹ 2, maddə 57, ¹ 11, maddə 901; 2005, ¹ 4, maddə 277, ¹ 10, maddə 874, ¹ 11, maddə 993; 2006, ¹ 12, maddə 1027; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddələr 1053, 1091; 2008, ¹ 2, maddə 49, ¹ 6, maddələr 453, 463, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə 47, ¹ 4, maddə 210, ¹ 12, maddə 948; 2010, ¹ 7, maddə 598; 2011, ¹ 2, maddə 71, ¹ 4, maddə 255, ¹ 6, maddə 469, ¹ 12, maddə 1097; 2012, ¹ 5, maddə 402, ¹ 7, maddə 671; 2013, ¹ 4, maddələr 362, 363, ¹ 7, maddə 795, ¹ 11, maddələr 1295, 1298; 2014, ¹ 4, maddələr 343, 346, ¹ 5, maddə 467, ¹ 11, maddə 1352; 2015, ¹ 1, maddə 2, ¹ 2, maddələr 76, 79, 105, ¹ 5, maddə 502, ¹ 6, maddə 686, ¹ 11, maddələr 1256, 1276; 2016, ¹ 11, maddələr 1758, 1784, 1795, ¹ 12, maddə 1993; 2017, ¹ 2, maddələr 138, 150) 23-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. II hissə aşağıdakı redaksiyada
verilsin:
“II. Yol hərəkəti təhlükəsizliyini
təmin etmək və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin
sosial müdafiəsini
gücləndirmək məqsədi
ilə yol hərəkəti qaydaları
və yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi qaydalarının pozulmasına
görə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən
tətbiq edilən cərimələrdən, nəqliyyat
vasitələrinin müşayiət
olunması və haqqı ödənilən
digər əlavə xidmətlərdən daxil
olan vəsaitlər müvafiq icra hakimiyyəti orqanlarının
hesablarına köçürülür.
Bu vəsaitlərin bölgüsü
və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.”;
1.2. III hissədən
“Azərbaycan Respublikası
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
qaydada və” sözləri çıxarılsın.
Maddə 2. Bu qanun
2017-ci il mayın 1-dən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 aprel
2017-ci il
Azərbaycan.- 2017.-4 may.- S.2.