Azərbaycan ilə Mali arasında
ikitərəfli münasibətlər inkişaf
etdirilir
Mayın 5-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə
səfərdə olan Mali Respublikasının Prezidenti
İbrahim Boubakar Keita ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi xüsusi vurğulandı. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edildi, iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi qeyd olundu.
Azərbaycanda yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Mali Prezidenti dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illər sürətli inkişaf yolu keçərək dünyada böyük nüfuz qazandığını diqqətə çatdırdı. Prezident İbrahim Boubakar Keita ölkəmizdə keçirilən seçkilərdə dövlətimizin başçısının yüksək səs qazanmasının xalqın Azərbaycan Prezidentinə inamının və etimadının göstəricisi olduğunu diqqətə çatdırdı. Azərbaycanın sürətli inkişafından məmnunluğunu ifadə edən Mali Prezidenti Bakının dünyada mədəniyyətlərarası dialoq mərkəzinə çevrildiyini vurğuladı.
Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirən ali qonaq iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində Azərbaycanın təcrübəsinə, texniki imkanlarına, eləcə də idarəçilik təcrübəsinin öyrənilməsinə ehtiyac duyduqlarını bildirdi. Mali Prezidenti hərbi-texniki, enerji sahələrində də Azərbaycan ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu, terrorçuluğa qarşı mübarizədə ölkəmizin təcrübəsinin öyrənilməsinə maraq göstərdiklərini bildirdi.
Azərbaycan
ilə Mali arasında münasibətlərin
daha da inkişaf
etdirilməsi üçün
yaxşı imkanların olduğunu deyən
Prezident İlham
Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar
çərçivəsində səmərəli əməkdaşlıq
etdiklərini vurğuladı. Dövlətimizin
başçısı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq,
qarşılıqlı ticarət və sərmayə qoyuluşu imkanlarının
araşdırılmasının önəmini qeyd
etdi.
Azərbaycan.-
2017.- 4 may.- S.2.