Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Beynəlxalq Şahmat Federasiyasının prezidenti
ilə görüşüb
Mayın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirib, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərdən danışıb. Muxtar respublikanın ümumtəhsil məktəblərində şahmatın tədris edildiyini və 3 mindən artıq gəncin şahmatla mütəmadi məşğul olduğunu diqqətə çatdıran Ali Məclisin Sədri “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirakına görə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinova təşəkkür edib.
Muxtar respublikada şahmatın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin və gənc şahmatçıların yetişdirilməsi sahəsində görülən işlərin məmnunluq doğurduğunu bildirən Kirsan İlümjinov hər il ənənəvi olaraq Naxçıvanda şahmat üzrə beynəlxalq festivalın keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan
Respublikasının gənclər və idman
naziri Azad Rəhimov
görüşdə iştirak edib.
Azərbaycan.-
2017.- 4 may.- S.10.