Dünyada İlham Əliyev kimi
liderlərə böyük ehtiyac var
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir
Abdulaziz Al-Nasser:
“Biz digər ölkələrlə
müqayisədə Azərbaycana baxanda burada sabitliyin və təhlükəsizliyin
yüksək səviyyədə təmin olunduğunu
görürük”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd edildi.
Nassir Abdulaziz
Al-Nasser dedi: “BMT Sizin liderliyinizi yüksək qiymətləndirir. Bu liderlik özünü xüsusilə mədəniyyət,
dinlərarası dialoqda
və qarşılıqlı
anlaşmada göstərir.
Bu, çox önəmli
məsələdir. Dünya çətin
bir dövrü yaşayır. Biz digər
ölkələrlə müqayisədə
Azərbaycana baxanda burada Sizin
rəhbərliyinizlə sabitliyin
və təhlükəsizliyin
yüksək səviyyədə
təmin olunduğunu görürük. Dünyada Sizin
kimi liderlərə böyük ehtiyac var, biz bunu yüksək
qiymətləndiririk”.
Dövlətimizin başçısı xoş
sözlərə görə
minnətdarlığını bildirdi. Prezident İlham
Əliyev Nassir Abdulaziz
Al-Nasserin dünyada sivilizasiyalararası dialoqun
inkişafı və möhkəmləndirilməsi işinə
böyük töhfə
verdiyini vurğuladı,
ötən il
Bakıda keçirilən
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, həmçinin
IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun təşkilində onun rolunu və verdiyi dəstəyi yüksək qiymətləndirdi.
Prezident
İlham Əliyev Azərbaycan ilə BMT
arasında uğurlu əməkdaşlığın
bundan sonra da davam etdiriləcəyinə
əminliyini bildirdi.
Azərbaycan.-
2017.-5 may.- S.1.