ISESCO Azərbaycanın
bütün təşəbbüslərini
tam dəstəkləyir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini
qəbul edib.
AZƏRTAC
xəbər verir ki, görüşdə Bakıda
keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi
Dialoq Forumunun əhəmiyyəti qeyd edildi, ISESCO-nun ilk
gündən Forumun təsisçisi və fəal
iştirakçısı olduğu, Forumun keçirilməsinə
böyük dəstək verdiyi bildirildi.
Söhbət
zamanı Azərbaycanın sivilizasiyalararası və dinlərarası
dialoqa verdiyi töhfənin önəmi vurğulandı,
ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi
İli” elan edilməsinin və IV İslam Həmrəyliyi
Oyunlarının Azərbaycanda keçirilməsinin müsəlman
ölkələrinin bir-birinə daha da yaxınlaşması
işinə xidmət etdiyi qeyd olundu.
Görüşdə,
həmçinin Azərbaycan ilə ISESCO arasında uzun illər
səmərəli və uğurlu əməkdaşlığın
həyata keçirildiyi bildirildi, ISESCO-nun Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Azərbaycanın ədalətli mövqeyini
müdafiə etməsi yüksək qiymətləndirildi, əməkdaşlığımızın
bundan sonra daha da genişləndiriləcəyinə əminlik
ifadə olundu.
Baş direktor
Əbdüləziz bin Osman
əl-Tuveycri ISESCO tərəfindən həyata keçirilən
işlər və nəzərdə tutulan
planlar barədə Prezident
İlham Əliyevə məlumat verdi.
AZƏRTAC
Azərbaycan.-
2017.- 5 may.- S. 2.