“Reklam
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 7, maddə 812; 2016, ¹ 11, maddə 1755, ¹ 12, maddə 1996) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.1.8-ci və 26.3-cü maddələrdə “orqanının” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri əlavə edilsin.
2. 26.2-ci maddənin birinci cümləsində “orqanından” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan” sözləri və ikinci cümləsində “orqanı” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
10 mart 2017-ci il